Slimfit
  1. MARAQLI

Yüz minlik iş - tələb sadəcə yatmaqdır

Yüz minlik iş - tələb sadəcə yatmaqdır
Sakura
:0

Aylıq 2 min 365 manat pul təklif edilən iş üçün sənəd verən namizədlər başlarını yastığa qoyduqdan sonra…

Hindistanda aylıq 100 min rupi (2 min 365 manat) maaşla iş təklif olunur, tələb isə 9 saat yatmaqdır. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Hindistanın 'Wakefit' şirkəti belə şəxsləri axtarır. Şirkətin rəhbəri Çaitanya Ramalinqegovda belə bir işi reallaşdırmasının məqsədini açıqlayıb. O bildirib ki, ideal yuxu ilə bağlı bəzi məlumatları müəyyənləşdirməyə çalışır.

Namizədlər isə başlarını yastığa qoyduqdan sonra 10-20 dəqiqə ərzində yata biləcək şəxslər olmalıdır.

Bundan başqa, yuxunun insan səhhətinə təsiri ilə bağlı məlumatlı olan, fərdi yuxu qaydalarına qarşı diqqətli olan, yuxu ilə bağlı müəyyən təhlillər apara bilən şəxslərə də üstünlük veriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR