Slimfit
  1. CƏMİYYƏT

"Avtomobil yolları haqqında" qanuna dəyişiklik üçüncü oxunuşda qəbul edilib

"Avtomobil yolları haqqında" qanuna dəyişiklik üçüncü oxunuşda qəbul edilib
Sakura

"Avtomobil yolları haqqında" qanuna dəyişiklik üçüncü oxunuşda qəbul edilib

Milli Məclis Azərbaycanda ödənişli avtomobil yollarından istifadə qaydalarını pozan şəxslərin məsuliyyət daşıması üçün hüquqi əsasların yaradılması ilə bağlı dəyişiklik layihəsi son oxunuşda təsdiqlənib.

Ens.az Report.az-a istinadən xəbər verir ki,bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında "Avtomobil yolları haqqında" qanunda dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Təklif edilən dəyişikliyə əsasən, avtomobil yolları istifadəçiləri ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə, habelə buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə məsuliyyət daşıyırlar.

Həmçinin inzibati məsuliyyətə səbəb olan bu halların tətbiqi zamanı hüquqi müəyyənliyin olması üçün qanuna iki yeni anlayış - “ödəniş məntəqəsi” və “buraxılış məntəqəsi” anlayışları daxil edilir.

 

Layihə səsvermədən sonra üçüncü oxunuşda təsdiqlənib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR