Slimfit
  1. CƏMİYYƏT

Yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyaların adlarının dəyişdirilməsi son oxunuşda təsdiqlənib

Yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyaların adlarının dəyişdirilməsi son oxunuşda təsdiqlənib
Sakura

Yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyaların adlarının dəyişdirilməsi son oxunuşda təsdiqlənib

Milli Məclis Azərbaycanda fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların adlarında dəyişiklik edilməsini son oxunuşda təsdiqləyib.

Ens.az Report.az-a istinadən xəbər verir ki,bununla bağlı Ailə Məcəlləsinə və “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, komissiyaların “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar” şəklində adlandırılması nəzərdə tutulur.

Eyni zamanda uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar öz səlahiyyətləri daxilində təhsil müəssisələrində, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yetkinlik yaşına çatmayanların işlədikləri müəssisələrdə, təşkilatlarda ve idarələrdə onlar arasında tərbiyə işinin təşkilinin monitorinqini apara biləcəklər.

 

Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR