Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yüksək kaloriyə malik səhər yeməyi arıqlamağa kömək edir

Yüksək kaloriyə malik səhər yeməyi arıqlamağa kömək edir
Sakura

Yüksək kaloriyə malik səhər yeməyi arıqlamağa kömək edir

Təl-Əviv Universitetindən olan tədqiqatçıların fikrincə, yüksəkkalorili səhər yeməyi piylənmədən və 2-ci tip şəkərli diabetdən əziyyət çəkən xəstələrin arıqlamasında kömək edir, diabetin əlamətlərini yüngülləşdirir və insulinə tələbatı azaldır.

Yeni tədqiqat xəstələrdə yüksəkkalorili səhər yeməyinin, orta miqdarda kalorili nahar və yüngül şam yeməyinin ənənəvi pəhrizdən, yəni gün ərzində 6 dəfə yeməklə kalorinin bərabər miqdarda bölündüyü müalicə pəhrizindən daha effektiv təsir göstərdiyini aşkar edib.

Tədqiqatın müəllifi Daniela Yakuboviçin fikrincə, səhər yaxşı yeyən xəstələr gün ərzində aclıq hissi keçirmir. Bu, həmçinin çəkinin azalmasına kömək edir, eləcə də insulindən az miqdarda istifadə edilir.

“Qida qəbulunda yeməyin vaxtı və miqdarı gün ərzində kalorinin dəqiq və bərabər miqdarda bölünməsindən daha yaxşıdır. Bizim metabolizm gün ərzində dəyişir. Səhər yeyilən bir tikə çörəklə axşam yeyilən həmin miqdarda çörəyin orqanizmə təsiri tamam fərqlidir”, – deyə Daniela Yakuboviç söyləyib.

D.Yakuboviç və onun həmkarları piylənmə və 2-ci tip şəkərli diabetdən əziyyət çəkən, insulinlə müalicə olunan 11 qadın və 18 kişinin səhhəti ilə bağlı müşahidə aparıblar. Onların orta yaşı 69 olub. Pasiyentləri iki qrupa bölüblər, lakin onların gün ərzində qəbul etdikləri kalorinin miqdarı eyni olub. Birinci qrupda səhər yeməyi yüksəkkalorili, nahar orta, şam yeməyi yüngül olub. İkinci qrup üçün ənənəvi pəhriz olub: gün ərzində 6 dəfə – səhər, günorta və axşam yeməyi və bunlar arasında üç dəfə olmaqla bərabər miqdarda kaloriyə malik qida qəbulu.

Üç aydan sonra birinci qrupdan olanlar orta hesabla 5 kiloqram, ikinci qrupdakılar isə 1,4 kiloqram arıqlayıb. Birinci qrupda karbohidrata tələbat və aclıq hissi ikinci qrupdan az olub. Bundan başqa, birinci qrupda qlükozanın miqdarı eksperimentin ilk 14 günündə xeyli azalıb, habelə pasiyentlər insulindən daha az istifadə ediblər. 

Mənbə: Azərtac

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR