Slimfit
  1. ƏDƏBİYYAT

Xəzər Süleymanlı – “Əlvida, Bakı !”

Xəzər Süleymanlı – “Əlvida, Bakı !”
Sakura

Xəzər Süleymanlı – “Əlvida, Bakı !”

Bir səhər güzgüdə özünə baxıb,
Son dəfə özündən doyub gedəsən.
Bu ömrü yarımçıq əlyazma kimi
Yazı masasında qoyub gedəsən.

 

Gedəsən,nə dərdin, nə qəmin qala,
Səni səadətin çəkə dalınca.
Masanın üstündə qələmin qala,
Üç nöqtə göz yaşı tökə dalınca.

 

Dönə göyərçinə bəyaz kağızlar,
Təlaşla boylana sən gedən yola.
Hərflər uşaqtək tuta əlindən,
Şeirlər hərəsi bir qadın ola.

 

Səfillər boylana kitab rəfindən,
Yalquzaq ulaya şam işığında.
Qumarbaz özünü itirə birdən,
Bu qorxunc səslərin qarışığında…

 

Birdən kürəyindən qanadlar çıxa,
Gerçəyə çevrilə xəyalındakı.
Buludlar içində gözdən itəsən,
Bərkdən qışqırasan:”Əlvida, Bakı !”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR