Slimfit
  1. AZƏRBAYCAN

“Yol hərəkəti haqqında” qanunda nə dəyişib? - ekspertdən açıqlama

“Yol hərəkəti haqqında” qanunda nə dəyişib? - ekspertdən açıqlama
Sakura

Son qanun sırf texniki dəyişikliklərlə bağlıdır

Son qanun sırf texniki dəyişikliklərlə bağlıdır.

Xəbər verdiyimiz kimi dünən prezident İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Qanuna edilən dəyişikliklərlə bağlı ekspert Elməddin Muradlı AzNews.az-a danışıb.

“Son qanun sırf texniki dəyişikliklərlə bağlıdır. Sadəcə yol hərəkəti haqda qanunda digər qanunlarla uyğun gəlməyən məsələlər var idi ki, onların qaydaya salınmasına hesablanıb. Digər tərəfdən bildiyimiz kimi dekabr ayında “Yol hərəkətinin təhlükəsizliyinə dair” dövlət proqramı təsdiqlənib. Həmin dövlət proqramından da irəli gələn bəzi məsələlər var ki, “yol hərəkəti haqqında” qanuna uyğunlaşdırılmalıdır.

Ümumiyyətlə yol hərəkəti haqqında qanuna köklü dəyişikliklər nəzərdə tutulur. Ədliyyə nazirliyi, Nazirlər Kabineti və digər aidiyyatı dövlət qurumları qarşısında böyük vəzifələr qoyulub. Bu da onlardan irəli gələn bir məsələdir və yəqin ki, bu, sonuncu deyil. Bu sahədə dəyişikliklər davamlı olacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR