Dərc edildi: Baxış sayı: 191
“Belarus Ukraynanın bərpasına kömək etməyə hazırdır” - Lukaşenko
“Ukraynada müharibə bitdikdən sonra Belarus bu ölkənin bərpasına kömək etməyə hazırdır. ABŞ Ukraynanın bərpasına kömək etməyəcək”.
Missiya.Az “Belta”ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
Onun sözlərinə görə, dövlətlər daxili problemlərlə məşğul olacaqlar və heç kim Ukraynanı bərpa etməyəcək. Ona görə də Belarus bu rolu öz üzərinə götürməyə razıdır.
Lukaşenko həmçinin Ukrayna prezidenti Vladimir Zelenskini müharibəni bitirmək üçün Minskə və ya Moskvaya getmədiyinə görə danlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət