Slimfit
  1. CƏMİYYƏT

Bakıda eyni gündə iki nəfər qatar yoluna düşdü, biri öldü - Təhlükəsizlik tədbirləri GÜNDƏMDƏ

Bakıda eyni gündə iki nəfər qatar yoluna düşdü, biri öldü - Təhlükəsizlik tədbirləri GÜNDƏMDƏ
Sakura

Bakıda eyni gündə iki nəfər qatar yoluna düşdü, biri öldü - Təhlükəsizlik tədbirləri GÜNDƏMDƏ

Oktyabrın 3-də metronun "28 May" və "Ulduz" stansiyalarında sərnişinlərin qatar yoluna düşməsi "Bakı Metropoliteni"ndə təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu, 2024-cü il ərzində metroda baş verən beşinci belə hadisədir.

Sərnişinlər bildiriblər ki, onların təhlükəsizliyinin təmin olunması üçün platformalarda bariyerlər quraşdırılmalıdır:

"Həmçinin sərnişinlər növbəli şəkildə içəri buraxılmalıdır. Metroda sıxlıq olur, insanlar bir-birini itələyirlər. Belə hallarda təhlükə yaranır və bu, azyaşlı uşaqlar üçün daha da təhlükəlidir".

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə, belə hallardan qorunmaq üçün stansiyalarda qoruyucu qapıların quraşdırılması vacibdir. Bu halda yalnız qatar çatdıqdan sonra qapılar açılar və sərnişinlər platformadan içəri daxil olar:

"Kiminsə ehtiyatsızlığı və ya səhhətində problem yaranarsa, huşunu itirib qatar yoluna düşmə halları sıfıra enər".

"Bakı Metropoliteni"ndən isə bildirilib ki, stansiyalarda platformaların gücləndirilməsi ilk növbədə mütləqdir: "Şüşəbənd və ya platforma qapıları hava axınına mane olan sistemə çevrilir. Buna görə də havalandırma sisteminin yenidən təşkili və qiymətləndirilməsi vacibdir".

Ətraflı Baku TV-nin süjetində:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR