Dərc edildi: Baxış sayı: 271
Peter Mixalko COP29 Nümayəndəliyinin ofisindən paylaşım edib
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko COP29 Nümayəndəliyinin ofisindən paylaşım edib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, onun "X" sosial şəbəkəsində paylaşdığı şəkildə Bakıda keçiriləcək COP29 qlobal iqlim konfransına 37 gün qaldığı qeyd olunub.
P.Mixalko bu gün səhər Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən İqlim Fəaliyyəti üçün Yürüşdə iştirak edib.
O, bu tədbirdə çıxışı zamanı Azərbaycanı COP29-da sədrliyi münasibətilə təbrik edib, iqlim dəyişikliyi ilə bağlı belə mühüm qlobal konfransa hazırlıq istiqamətində ölkənin səylərini və görülən işləri yüksək qiymətləndirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət