Slimfit
  1. TEXNOLOGİYA

Yeni Samsung Gear S4 daxili batareya və barmaq izi oxuyucusu ilə olacaq

Yeni Samsung Gear S4 daxili batareya və barmaq izi oxuyucusu ilə olacaq
Sakura

Yeni Samsung Gear S4 daxili batareya və barmaq izi oxuyucusu ilə olacaq

Samsung şirkətinin yeni ağıllı telefonu Gear S4 batareyanı saatın qayışına əlavə edərək telefon üçün barmaq izi oxuyucusu kimi əlavələr etmək fikrindədir.

Samsung 2018-ci ildə ağıllı telefonlardan başqa ağıllı saatlarını da daha keyfiyyətli etmək istəyir. Şirkət yeni saatlarının daha çox işləməsini təmin etmək üçün daxili batareyaya malik qayışlar hazırlayacaq. Samsung Gear S4-ə inteqrasiya olunacaq bu qayışlar gəzdirilən texnologiya üçün böyük bir addım ola bilər. Keçən ay Samsung tərəfindən alınan patentlər arasında yer alan ağıllı saat qayışlarının tətbiqindən sonra batareya yerində boşalan sahəyə yeni əlavələr etməyi planlaşdırır.

Samsung Gear S4 ilə satılacaq qayışlar əlavə iş rejimini təmin etməsindən əlavə yeni batareya standartını bazara gətirə bilər. Saatların qayış hissəsinin elastik olması lazımdır, buna görə də Samsung bu hissəyə əlavə etdiyi batareyanın bu özəlliyini təmin etməsi mütləqdir. Güman edilir ki, qayışın iki fərqli tərəfində də əlavə enerji mənbəyi üçün batareyalar əlavə olunacaq. Əvvəlki kimi dəri, polimer, kauçuk və lif materiallarını dəstəkləyəcək yeni qayışlar Gear S4 üçün yeni özəlliklərin əlavə olunmasını təmin etdi. Saatın üzərinə batareya qoymağa ehtiyac olmadığı üçün bu sahə barmaq izi oxuyucusu üçün istifadə olunacaq.

Samsung bu boşluğa barmaq izi oxuyucusundan başqa kamera və işıq sensoru da əlavə etməyi planlaşdırır. Bütün bu özəllikləri nəzərə alsaq Samsung şirkətinin yeni Gear S4 modeli digər ağıllı saatlardan ciddi mənada fərqlənəcək. Yeri gəlmişkən, Samsung şirkətinin yeni saatının avtonom rejimdə ən azı 2 gün işləyəcəyi güman edilir.

Tərcümə: Famil Ələkbərov

Mənbə: Webtekno.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR