Slimfit
  1. TEXNOLOGİYA

Yeni növ günəş panelləri hazırlanıb

Yeni növ günəş panelləri hazırlanıb
Sakura

Yeni növ günəş panelləri hazırlanıb

Hazırda bütün günəş panelləri ya orqanik, ya da silikonlu olur. Orqaniklər elastik və şəffaf olurlar, silikonlu panellər daha effektiv olsalar da bu xüsusiyyətlərə malik deyillər. Massaçusets Texnologiya İnstitutundan olan tədqiqatçılar qrupu eyni zamanda şəffaf, elastik və effektiv olan günəş panelləri yaratmağı qarşılarına məqsəd qoydular.

Bunun üçün onlar qrafendən istifadə etmək qərarına gəldilər. Bu material özündə karbonun ikiölçülü allotrop modifikasiyasını -  qalınlığı bircə atomdan ibarət olan atomlar qatını  təcəssüm etdirir. Bunun hesabına o elektrik cərəyanını əla keçirir. Lakin elektrodları birbaşa döşənəyə yapışdırmaq problemini həll etmək lazım idi. Əgər qrafenin bərkidilməsi yapışdırmaq və ya qızdırmaqla həyata keçirilərsə onun korlanmasına gətirib çıxara bilər ki, bu da onun keçiriciliyinin azalmasına gətirib çıxara bilər.

MIT alimlər orijinal həll tapdılar: onlar qrafeni yuxarı səthinə kley qatının effektini verən etilen-vinil asetat tökərək bərkitmək imkanı verən metod hazırladılar. Elektrodlarla olan problem belə həll olundu. Layihənin tədqiqatçılarından biri olan Yi Sonqun sözlərinə görə belə halda həm yuxarı, həm də aşağı elektrodlar elektron axını funksiyasını tam yerinə yetirə bilərlər.

Yeni günəş elementinin ilk nümunəsini əldə edəndə onun effektivliyini adətən günəş panellərində istifadə olunan materiallarla müqayisə edən sınaqlar keçirildi: alüminium, indium-qalay oksidi, şüşə(sərt) və elastik substratlardan olan standart materiallar. Test göstərdi ki, çevrilmə effektivliyi 4,1% təşkil etdi. Düzdür bu nəticə müasir panellərin nümayiş etdirdiyindan aşağıdır, lakin o şəffaf panellərin effektivliyindən üstündür.

Alimlərin hesablarına əsasən qrafenlə olan günəş panelləri şəffaflığı itirmədən 10% daha effektiv olur, lakin onun səviyyəsini artırsaq şəffaflıq aşağı düşəcək. Yeni materialdan hazırlanan potensial günəş panellərinin qiyməti və uzun ömürlülüyü barədə məlumat yoxdur.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR