Slimfit
  1. ELM

Yatarkən beynimizin yerinə yetirdiyi 5 funksiya

Yatarkən beynimizin yerinə yetirdiyi 5 funksiya
Sakura

Gündəlik sutkanın üçdə bir hissəsini yatmaq ehtiyacı nə iləsə əsaslanmalıdır, düzdürmü? Alimlər yuxunu…

Beləliklə, beyin yuxu zamanı nə iş görür?

1. Qərar qəbul edir

Current Biology jurnalında dərc olunan araşdırma ondan xəbər verir ki, beyin yuxu zamanı qərar vermək imkanın malikdir. Bu araşdırmanın iştirakçılarından sözləri düymə basmaqla iki kateqoriyaya ayırmağı xahiş etdilər, təcrübə müddətində  onlara yuxulamağa imkan verildi. Lakin təcrübə yuxu zamanı davam etdirildi – iştirakçıların beyni orqanizm yuxuya gedəndən sonra qərar verməyə davam etdi.

 

2. Xatirələri nizama salır

 

Yuxuda beyin yeni xatirələri emal edir, köhnələrlə əlaqəsini yoxlayır və yaddaşı elə nizamlayır ki, insan vacib anları unutmasın. Kaliforniya Universitetindən olan həkim Metyu Uokerin sözlərinə görə əgər insan sağlam yuxudan sonra fortepiano ilə məşğul olursa və növbəti gecə daha 8 saat yatırsa, bu zaman 1 gün sonra 20-30% daha yaxşı nəticə göstərir.

 

3. Assosiasiya yaradır

 

Yuxu zamanı beyin ilk baxışdan bir-birilə əlaqəsi olmayan şeylər arasında assosiativ əlaqələr yaradır. Bu qeyri-adi ideyaların yaranması və ya ətraf mühitin daha dərindən dərk olunmasına gətirib çıxara bilər. Buna görə də beyində yaranan gözlənilməz orijinal ideyalar öz-özünə yaranmır.

 

4. Toksinlərdən xilas olur

 

Araşdırmalar göstərir ki, yuxuda beyin neyrodegenerativ hüceyrə və toksinlərdən təmizlənir. Məlum olduğu kimi onların qatılaşması Alsqeymer və Parkinson xəstəliklərinin yaranmasına səbəb ola bilər.

 

5. Fiziki əməyi öyrənir

 

Yuxunun sürətli fazası zamanı orqanizmin hərəkət haqqında olan informasiyası beynin qırışlarından hərəkətə cavabdeh olan müvəqqəti yerə ötürülür. Bu bizə “düşünməyə” və fiziki aktivliklə bağlı olan məsələləri effektiv həll etməyə imkan verir.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR