Slimfit
  1. HƏRB

Azərbaycanda general işdən azad OLUNDU

Azərbaycanda general işdən azad OLUNDU
Sakura

Azərbaycanda general işdən azad OLUNDU

 

Müdafiə Nazirliyində daha bir yüksəkrütbəli general işdən azad olunub.

Ens.az Unikal.az-a istinadən xəbər verir ki,Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin rəisi, general-mayor Elçin Xəlilov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, generalın yerinə artıq təyinat da var. Başqa əmrlə polkovnik Azər Heybətli sözügedən idarənin rəisi təyin edilib.

Azər Heybətli Azərbaycanın Böyük Britaniyadakı hərbi attaşesi olub.

Qeyd edək ki, general Elçin Xəlilovun qardaşı Fuad Xəlilov da Ali Hərbi Məktəbin maliyyə xidməti rəisi işləyib. Bir müddət əvvəl Fuad Xəlilov Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə şahid qismində ifadə vermişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR