Yarım milyard dollarlıq kompüter yaradılacaq
ABŞ hökümətinin başçılıq etdiyi mütəxəssislər heyəti mikrosxem istehsalçıları olan “İntel Corp” və Cray İnc” şirkətləri ilə birgə hazırda yüksək sürətli kompüterin yaradılması üzərində çalışır.
“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, “Aurora” adı verilən bu kompüterin koməyi ilə nüvə sınaqlarını modelləşdirmək və müxtəlif tədqiqatlar aparmaq mumkün olacaq.
Qeyd olunur ki, dəyəri 500 milyon ABŞ dolları olan müqaviləyə əsasən “İntel” və “Cray ” şirkətləri 2021-ci ilə 1 ekzaflops (1 000petaflops) məhsuldarlığı olan super kompüter yaratmalıdırlar. Kompüter saniyədə 1 kvintilyon və ya 1 000 000 000 000 000 000hesablama apara biləcək.
Reallaşacağı təqdirdə “Aurora” mövcud super kompüterləri dəfələrlə üstələyəcək. Hazırda dünyada ən güclü super kompüter olan “Summit” Ok-Ric laboratoriyasındadır (ABŞ, Tennessi ştatı) və İBM və NVİDİA çipləri üzərində qurulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət