Dərc edildi: Baxış sayı: 504
Yaponlar müdafiə xərclərini rekord həddə çatdırır
2020-ci ildə Yaponiya müdafiə xərclərini rekord həddə çatdıracaq.
Axar.az xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə Nazirliyi informasiya yayıb.
Müdafiə Nazirliyi 2020 maliyyə ilində (1 aprel 2020 – 31 mart 2021) müdafiə xərclərini 5.322 trilyon yenə (təxminən 50 milyard dollar) çatdırılacağını qeyd edib. Bu göstərici cari ilin göstəricilərini 1.2 faiz üstələyəcək.
Yaponiyanın Müdafiə Nazirliyi müdafiə xərclərində əsas yeri kosmik məkandan gələ biləcək kibertəhdidlərə və elektromaqnit dalğalarının yaratdığı təhlükəyə qarşı mübarizəyə ayıracaq. Kosmik təhlükəsizliyin təmin edilməsi üçün yaponlar 52.4 milyard yen (494.33 milyon dollar) vəsait istifadə edəcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət