Dərc edildi: Baxış sayı: 517
Yaponiyaya girişlə bağlı qadağa daha bir ay uzadıla bilər
Yaponiya hökuməti yeni koronavirusun yayılmasının qarşısını almaq məqsədilə əcnəbilərin ölkəyə girişi ilə bağlı tətbiq etdiyi qadağaların müddətini daha bir ay uzatmaq niyyətindədir.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə “Yomiuri” qəzeti açıqlayıb.
Qeyd olunub ki, əvvəllər verilmiş vizaların dayandırılması da bura daxildir.
Qərarın rəsmi olaraq Yaponiyanın Baş naziri Şinzo Abenin sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclasında qəbul ediləcəyi gözlənilir.
Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar Yaponiya 100-dən artıq ölkədən gəlişə qadağa qoyub. Həmin siyahıda Azərbaycan, ABŞ, Aİ ölkələri, Çin, Cənubi Koreya, Rusiya, Ukrayna və digər ölkələr də var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət