Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yaponiyada əməkdaşlara sağlam yuxu üçün ödəməyə başladılar

Yaponiyada əməkdaşlara sağlam yuxu üçün ödəməyə başladılar
Sakura

Yaponiyada əməkdaşlara sağlam yuxu üçün ödəməyə başladılar

CRAZY yapon təşkilatı düzgün yuxu rejiminə görə əməkdaşlara əlavə ödəniş etməyə qərar verib.

“Sistem belədir ki, şirkət əməkdaşa həftənin beş günü gün ərzində altı saatdan çox yatanda əlavə ödəniş edir. Bir bal bir yenə bərabərdir. Beş gün uzun müddətli yuxu üçün əməkdaş 500 bal əldə edəcək, altı gün üçün 600 bal və ya yen. Əgər o həftə ərzində gün ərzində altı saatdan çox yatarsa, dərhal min bal əldə edəcək. Bir ay ərzində sağlam yuxu sisteminə riayət etməyə davam edən əməkdaşlara min yen məbləğində əlavə bonus ödəniləcək. Beləliklə, bir ay ərzində əlavə olaraq beş min yen qazanmaq (təxminən 50 dollar) olar”, - Qoray deyib.

CRAZY şirkəti 2012-ci ildə yaranıb və toyların təşkili üzrə ixtisaslaşıb. Fəaliyyətin ilk vaxtından əməkdaşlarının sağlamlığı məhsuldarlığın artmasına olan cəhd kimi şirkətin əsas prinsipi oldu.

“İlk addım əməkdaşlara pulsuz nahar yeməyi vermək oldu ki, bu da sağlam qidalanma prinsiplərinə əsasən hazırlanırdı. Bizdə  xüsusilə yemək hazırlanması üçün muzdlu işə cəlb olunmuş əməkdaş komandası var. Bu komanda balanslaşdırılmış sağlam yeməyin hazırlanması ilə məşğuldur. Biz bunu qidalanma, istirahət və hərəkət ehtiyaclarına görə edirik. İndi biz ikinci mərhələyə - əməkdaşların istirahətinin dəstəyinə keçdik. Şirkətimizin prioritetlərində birinci yeri sağlamlıq, ikinci yeri iş yerində qarşılıqlı əlaqə, üçüncü yeri işin mənalı olması, dördüncü yeri isə dürüst iqtisadi fəaliyyət dayanır”, - Qoray izah edib.

İndi düzgün yuxudan əldə edilmiş balları korporativ kafe və yeməkxanada alış-veriş etmək olar, agentliyin həmsöhbəti qeyd edib.

“Sağlamlıq ilk əvvəldən şirkətimizin ilk prioriteti olub. Düzgün yuxu rejiminiə dəstək bundan irəli gəlir. Biz gələcəkdə balları pula çevirməyi və əməkdaşlara məvacibə əlavə ödəniş etməyi planlaşdırırıq. Hələlik bu ballara korporativ kafe və ya yeməkxanada alış-veriş etmək olar, burada pulsuz nahar yeməyindən əlavə piroq, yüngül yemək və ya səhər yeməyi almaq olar”, - Qoray bildirib.

Şirkət nümayəndəsi izah edib ki, sistem mobil telefondakı proqramın hesabına işləyir. O kiçik hərəkəti belə qeyd edir, beləliklə əgər insan yayaqda uzanarkən yatmırsa, bu yuxu kimi qeyd olunmur. Proqram həmçinin yuxunun dərinliyini də müəyyən edə bilir. Bütün məlumatlar şirkətin idarəetmə mərkəzinə göndərilir ki, burada hesablanır və bala çevrilir.

Kitasoto Universitetinin alimlərinin hesab etdiyi kimi, hər il Yaponiya iqtisadiyyatı yuxusuzluq ilə əlaqədar problemlər ucbatından təxminən 3,5 trilyon yen (31 milyard dollar) itirir.

 

Mənbə: Ria.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR