Slimfit
  1. DÜNYA

Yaponiya 6G-nin hazırlanmasına milyonlar ayıracaq

Yaponiya 6G-nin hazırlanmasına milyonlar ayıracaq
Sakura

Yaponiya 6G-nin hazırlanmasına milyonlar ayıracaq

Yaponiya hökuməti altıncı nəsil rabitə -  6G mobil rabitəsini işləyib hazırlayan şirkətlərə 70 milyard ien (652 milyon dollardan çox) vəsait ayıracaq.

Ens.az Modern.az-a istinadən xəbər verir ki, 6-cı nəsil rabitəsinin 2030-cu ildə təşkil ediləcəyi gözlənilir. Hazırda Yaponiya 5G – beşinci nəsil rabitəsinə keçid prosesindədir. ABŞ və Cənubi Koreyada isə artıq beşinci nəsil texnologiyası tətbiq edilir.  

Yaponiyanın “Kyodo” informasiya agentliyi hökümətin 6G-nin hazırlanmasında Çinin liderlik etməsindən narahat olduğunu yazır. Ona görə də Yaponiya ÇXR-nı qabaqlamağı və altıncı mobil rabitəni daha əvvəl işə salmağı planlaşdırır.

6G texnologiyasının ilk növbədə məsafəli tibbi xidmət təşkilatlarında və pilotsuz nəqliyyat vasitələrində istifadəsi nəzərdə tutulub.

Bundan əvvəl Çinin texnologiya şirkətləri ABŞ tərəfindən sanksiyalar gücləndirilsə belə, 6G - altıncı nəsil rabitəsi sahəsindəki araşdırmalarına son qoymayacaqlarını bildirmişdilər. Çin hətta Ağ evin qoyduğu qadağa və məhdudiyyətlərin bu sahənin daha da sürətlə inkişaf etməsinə kömək olacağını deyib.         

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR