Dərc edildi: Baxış sayı: 572
Yapon bankları əməkdaşlarını İrandan çıxarır
Yaponiyanın böyük bankları “Mitsubishi UFJ Financial Group”, “Sumitomo Mitsui Financial Group” və “Mizuho Financial Group” Yaponiya vətəndaşlığı olan şəxslərə Tehranı tərk etmək barədə tapşırıq verib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı NHK televiziyası yayıb.
Məlumata görə, qərar Yaxın Şərqdəki vəziyyətin pisləşməsi ucbatından qəbul edilib.
Bu bankların əməkdaşlarından İranla qonşu ölkələrə səfərlərdən imtina etmələri də tələb edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət