Slimfit
  1. SİYASƏT

Xramçixin: Bakı hücuma hazırlaşır, Kreml qarışmayacaq

Xramçixin: Bakı hücuma hazırlaşır, Kreml qarışmayacaq
Sakura

Xramçixin: Bakı hücuma hazırlaşır, Kreml qarışmayacaq

Qarabağda müharibə qaçılmazdır, çünki problem həll olunmamış qalıb.

Axar.az-ın məlumatına görə, bu sözləri Moskva Siyasət və Təhlil İnstitutunun direktor müavini, tanınmış hərbi ekspert Aleksandr Xramçixin Ermənistan mətbuatına Qarabağ münaqişəsi ilə bağlı müsahibəsi zamanı deyib.

“Bakı hücuma hazırlaşır. Azərbaycan öz torpaqları saydığı Qarabağı qaytarmağı düşünür. Başqa variant yoxdur. Əgər bu baş versə, Moskva qarışmayacaq. Rusiya yalnız o halda Ermənistana kömək edə bilər ki, Azərbaycan Ermənistan Respublikası ərazisinə təcavüz etsin. Qeyd etmək lazımdır ki, Rusiya Ermənistana dəstək olsa, münaqişəyə dördüncü tərəf qoşulacaq – Türkiyə. Böyük bir müharibə başlaya bilər. Sonrası bəlli deyil. Hər şey müharibənin ssenarisindən asılı olacaq”, - ekspert qeyd edib.

Onun sözlərinə görə, Ermənistan Qarabağ savaşında digər KTMT dövlətlərinə də bel bağlaya bilməz. Çünki bu ölkələrin heç biri Qarabağı Ermənistan ərazisi kimi tanımır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR