Xiaomi Mi Mix 3 “canlı” fotolarda
Xiaomi Mi Mix 3 smartfonunun xarici görünüşünü ictimaiyyətdən gizlətməyə davam edir, amma internetdə arabit insayder məlumatları sızır. Ens.az xəbər verir ki, bu gün Weibo sosial şəbəkəsində gözlənilən yeniliyin necə görünəcəyi haqqında əyani təsəvvür verən şəkillər dərc olunub. İstifadəçilər üçün xüsusi marağa displey və qadcetin ön kamerasının quruluşu səbəb olub.
Fotoşəkillərə əsasən, Mi Mix 3 displeyi trend olan “tel”siz olacaq və ön panelin sahəsinin 90%-dən çox hissəsini tutacaq. Aşağı çərçivə çox nazik alınıb və heç nəzərə çarpmır. Displeyin yuxarı hissəsi açıq görünmür - amma çərçivənin qalınlığı korpusun bütün perimetri üzrə böyük görünmür. Arxa panel fleşli ikili fotomodulu nümayiş etdirir - ön kamera isə görünür əvvəllər güman edildiyi kimi hərəkətli olacaq.
Alt qıraqda USB Type-C birləşdiricisi, həmçinin dinamik və mikrofon oyuqları aşkar görünür. Görünür, model adi audioçıxış əldə etməyəcək. Yəqin ki, istifadəçilərə qulaqçıqlar üçün xüsusi çevirici əldə etmək lazım olacaq.
Xatırladaq ki, olan məlumatlara görə smartpədin “ürəyi” flaqman 8 nüvəli çipset Snapdragon 845 olacaq. Cihaz 8QB əməli yaddaş və 256QB daxili yaddaş əldə edəcək. Xiaomi özünün yeni smartpədini təxminən 15 sentyabrda təqdim edəcək.
Mənbə: gizchina.com (4pda.ru)
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət