Dərc edildi: Baxış sayı: 762
Xəstə Qasım - Sən nəsən
Ləzgi Əhməd mənəm Füzuli nəsli,
Bəhrlərdə mən ümmanam sən nəsən?
Dərin kitabları məna eylərəm,
Dərd bilənəm, söz qananam sən nəsən?
Mən bilirəm, yoxdur sözüm əvəzi,
Seçib, bəyənərlər sərraflar sözü.
Dolanır, simruğun məndədir gözü,
Yerim Qafdır, mən Sultanam, sən nəsən?
İncil, Tövrat, Zənbur, sinəmdə Quran,
Mərifətdə mənəm dəryayi ümman.
Tikmədaşlı Qasım, İskəndər nişan,
Şövkətdə mən Süleymanam, sən nəsən?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət