Slimfit
  1. CƏMİYYƏT

İşdən çıxarılan cərrah məhkəmədə qalib gəldi

İşdən çıxarılan cərrah məhkəmədə qalib gəldi
Sakura

İşdən çıxarılan cərrah məhkəmədə qalib gəldi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb.

Ens.az-ın İqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb.

A.Mehdiyev isə işdən haqsız yerə çıxarıldığını bildirib və buna görə də, məhkəməyə müraciət edib. O, tibb müəssisəsinə qarşı qaldırdığı iddiada işə bərpa olunması və əməkhaqqı tələbini irəli sürüb. Nərimanov Rayon Məhkəməsi həkimin xeyrinə qərar çıxarıb.

Eyni zamanda, həkimin haqsız yerə işdən çıxarıldığına görə, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən direktora cərimə protokolu tərtib olunub. Məhkəmənin qərarına əsasən, F.Alməmmədov 1500 manat məbləğində cərimələnib.

Amma Nərimanov Rayon Məhkəməsinin qərarından narazı qalan direktor Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. İş hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Fuad Talışınskinin sədrliyi ilə araşdırılır.

Qeyd edək ki, A.Mehdiyev 2004-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. O, 2005-2007-ci illərdə Rusiyanın Moskva şəhəri NV Sklifasovski adına Elmi Tədqiqat Təcili Yardım İnstitutunda ümumi cərrahiyyə üzrə klinik ordinatura keçib. 2008-ci ildə Moskva şəhəri RUDN hospital cərrahiyyə kafedrasında, 12 barmaq bağırsaq, mədə və mədə-bağırsaq anastomozlarının postvaqotom residiv xoralarının cərrahi müalicəsi və profilaktikası mövzusunda dissertasiyasını bitirərək tibb elmləri namizədi alimlik dərəcəsini alıb. 2012-ci ildə Almaniyada, 2014-cü ildə isə Türkiyədə təkmilləşmə kursu keçib. Bir çox elmi məqalələrin müəllifidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR