Dərc edildi: Baxış sayı: 279
ABŞ Putinin andiçmə mərasimində təmsil olunmayacaq
Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində ABŞ təmsil olunmayacaq.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.
“Xeyr, onun andiçmə mərasimində bizim nümayəndəmiz olmayacaq”, - M.Miller vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov mayın 7-də prezidentin andiçmə mərasiminə Moskvada akkreditə olunmuş bütün diplomatik nümayəndəliklərin rəhbərlərinin dəvət edildiyini bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət