Slimfit
  1. AVTO VƏ MOTO

Həyatımızın yeni trendi elektromobillər və xüsusiyyətləri – Batareyaları nə qədər təhlükəlidir?

Həyatımızın yeni trendi elektromobillər və xüsusiyyətləri – Batareyaları nə qədər təhlükəlidir?
Sakura

Həyatımızın yeni trendi elektromobillər və xüsusiyyətləri – Batareyaları nə qədər təhlükəlidir?

“Elektromobillərin yeni model olaraq istifadəsi, bəzi xüsusiyyətləri problemli məsələlər sinifinə aiddir.

Əsas problem isə onların batareyalarının utilizasiyasıdır”.

Ens.Az-ın məlumatına əsasən,bu sözləri Valyuta.az-a nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

Ekspertin sözlərinə görə, elektromobillərin batareyalarının utilazasiyası ilə bərabər  enerji saxlaya bilməməsi də problemdir:

“Bu da həmin nəqliyyat vasitəsi üçün əlavə problem yaradır. Bu avtomobillər benzin və dizel ilə işləyən avtomobildən ekonomiya baxımdan daha güclü olmalıdır. Lakin belə olmadığı üçün daha çox xərc tələb edən avtomobillər sinfinə aid ola bilər”.

Aslan Əsədov bildirib ki, bu batareyaların tərkibində olan radioaktiv maddələr təbiətdə çirklənmələrə səbəb olur:

“Bu problemlərin də aradan qaldırılması üçün uzun zaman və proses lazımdır. Bu da alternativ olaraq özünü doğrultmayan məsələdir.

Ona görə də düşünürəm ki, gələcəkdə daha çox elektromobillərin  batareya təminatının yenilənməsi üzrə iş gedəcək. Hazırda beyin institutları bu avtomobillərin batareyalarının təkmilləşməsi üzərində çalışırlar. Avtomobillərlə bağlı müxtəlif təkliflər var. Bu təkliflərdən ən ağlabatanı isə benzinlə işləyən avtomobillərin mühərrik sisteminin yenidən qurulmasıdır. Daha az yanacaq, daha çox məsafə.

Çünki benzin və dizellə işləyən avtomobillər bizim həyatımızda hər zamankı tələbatı ilə qalacaq”.

Aslan Əsədov qeyd edib ki, elektromobillərdən istifadə edən insanların gələcəkdə səhhətlərində bir mənalı şəkildə problemlər yaranacaq:

“Bizə rentgen şüalanmasını həkimlər ildə 1-2 dəfə məsləhət görürsə, bu avtomobillərdən hər gün istifadə hansı nəticələrə gətirib çıxara bilər, bunu fikirləşmək lazımdır. Bu təhlükə hibrid avtomobillərə də aiddir. Onların da istifadəsi zamanı nə qədər çox batareyadan istifadə olunursa, o qədər çox təhlükə deməkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR