Dərc edildi: Baxış sayı: 916
Xəstə Qasım - Mən
Səyyad oldum, səhra gəzdim,
Tor qurdum tərlana mən.
Keçdi qışım, gəldi yazım,
Dönmüşəm gülşana mən.
Lovğalanıb öz-özünə,
Öymə kəndini qarşımda,
Əgər düşsən qərq olarsan,
Bənzərəm ümmana mən...
Sözlərinə cavab verrəm,
Mat qalarsan bu işə,
Şahmar kimi elə vurram,
Yanıb bədənin şişə,
Çətindir ki, sar havada,
Tərlan üstdə yürüşə,
Əzəlindən qul olmuşam,
Ol şahi mərdanə mən.
Xəstə Qasım Tikmədaşlı,
Bir tükənməz bazaram.
Nə müddətdir Məcnun kimi,
Səhraları gəzərəm.
Ustadlardan dərs almışam,
Nə istəsən yazaram.
Müşkülləri həll etməkdə,
Tay gəlləm Loğmana mən.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət