Slimfit
  1. AZƏRBAYCAN

Xarici ölkələrdə yaşayan azərbaycanlılar dünya sivilizasiyasına böyük töhfələr veriblər

Xarici ölkələrdə yaşayan azərbaycanlılar dünya sivilizasiyasına böyük töhfələr veriblər
Sakura

Xarici ölkələrdə yaşayan azərbaycanlılar dünya sivilizasiyasına böyük töhfələr veriblər

Azərbaycan Dillər Universitetində (ADU) beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı, dosent İbrahim Kazımbəyli bu əlamətdar günün tarixindən danışıb. Dekan bildirib ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib.

Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva azərbaycanlıların dünyaya yayılması və diasporlaşması tarixindən söz açıb. Azərbaycan Kültür Dərnəyi, Amerikanın Azərbaycan Cəmiyyəti, Turan konqresi və azərbaycanlıların yaratdığı digər təşkilatlardan danışan S.Əliyeva qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın 70-dən çox ölkəsində qeyd olunur.

Qafqazşünaslıq kafedrasının müəllimi Aygün Həsənova dünya azərbaycanlılarının konqres və qurultaylarından danışıb. O, dünya azərbaycanlılarının I qurultayının ulu öndər, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirildiyini xatırladıb. Qeyd edib ki, konqres və qurultaylar dünya azərbaycanlılarının birləşmələri, daha da fəal olmaları üçün çox önəmli rol oynayır.

Fəlsəfə və ictimai elmlər kafedrasının müdiri, dosent Ədalət Abdıyeva dünyada yaşayan azərbaycanlı mədəniyyət adamları haqqında məlumat verib. Bildirib ki, Azərbaycan tək tarixi ilə yox, mədəniyyəti ilə də zəngindir. Ə.Abdıyeva çıxışında Müslüm Maqomayev, Tahir Salahov, Toğrul Nərimanbəyov, Əzizə Mustafazadə, Yusif Eyvazov, Teymur Rzayev, Çingiz Sadıqov və digər mədəniyyət xadimlərindən söz açıb. Bildirib ki, onların fəaliyyəti Azərbaycanın adını daha da ucaldıb.

Regionşünaslıq kafedrasının əməkdaşı Xəyalə Ağayeva müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimlərdən bəhs edib. O, Lütfi Zadə, Kərim Kərimov, Bəxtiyar Siracov, Qərib Mürşüdov, Həmdulla Mehrabov, Əbdül Hüseynov, Melikof İren, Şapur Ənsari, Teymur Sadıqov kimi azərbaycanlıların dünya sivilizasiyasına böyük töhfələr verdiyini vurğulayıb.

Qafqazşünaslıq kafedrasının müdiri, professor Əsgər Zeynalov “Dünya azərbaycanlıları” kitabının işlənib hazırlanması təklifi ilə çıxış edib.

Sonda ADU-nun beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin tələbələrinin hazırladığı videoçarx nümayiş olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR