Slimfit
  1. DÜNYA

Xarici işlər naziri də şeir yazdı – Elza Seyidcahan stilində

Xarici işlər naziri də şeir yazdı – Elza Seyidcahan stilində
Sakura

Xarici işlər naziri də şeir yazdı – Elza Seyidcahan stilində

Rusiynın xarici işlər naziri Sergey Lavrovun yazdığı şeir ölkənin nüfuzlu ədəbiyyat jurnalı sayılan “Russkiy pioner” jurnalında dərc edilib. Şeir “Tayqada atəş” adlanır. Müəllifin dediyinə görə, şeir meşələrdə yandırılmasına həsr olunub.

Bizimyol.info xəbər verir ki, bu nazirin şair kimi ilk əsəri deyil. 90-cı illərdə diplomat həmkarı Vitali Çurkinə də şer həsr etmişdi. Çurkin o zaman hərbi əməliyyatlar altında qalan Bosna və Hersoqovinada işləyirdi və Lavrov ona çox romantik bir şer həsr etmişdi.

Lavrovun Tayqada atəş şeiri bir qədər anlaşılmazlıqla qarşılanıb. Əslində şerin qısa məzmunu belədir. Tayqa meşəsində tənha bir kişi öz komasından çıxıb yarı sərxoş halda bayıra qaçır. Bu zaman meşədən çıxan meşəbəyi ona atəş açıb öldürür. Tüfənfinin lüləsi tüstülənir. Öldürülən adamın cibindən isə üstünə “ tüstü” yazılmış kibrit qutusu çıxır.

Jurnalda dərc edilmiş şerin annotasiyasında jurnal redaktoru qeyd edib:

“Üş hissəli dram alınıb.Şer heca vəznindədir. Onu hətta səhnələşdirmək olar. Burda heç bir illüziya yoxdur. Yanğınların bu şerə nə dəxli var? Əslində heç br dəxli yoxdur. Dərində məna axtarın və kibritlə oynamayın insanlar, yoxsa sizi də lüləsindən tüstü çıxan tüfəng gözləyir”.

Lavrov şeir yazdı

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR