
Dərc edildi: Baxış sayı: 310
Xaqan titulu
Xaqan titulu
Xaqan titulu xanlar xanı deməkdir. Farscada şahənşah (Şahların Şahı) və Latınca imperator kəliməsinin Türkcədəki qarşılığıdır.
Şüuri Hasan Efendinin (Osmanlı dövlətində yaşamış və 1693-94-cü illərdə vəfat etmişdir) “Lisanul-Acem FERHENGİ-ŞUÜRİ” (s. 1580) əsərində xaqan sözü belə izah olunur: Xaqan - Turan-zəmin padişahlarının ləqəbidir, necə ki, İran-zəmin padişahlarına key, Əcəm padişahlarına kəsra, Çin padişahlarına fəğfur, Hind padişahlarına ray, Tatar padişahlarına xan, Rum padişahlarına qeysər, Həbəş padişahlarına necaşi, Yəmən padişahlarına tübba deyildiyi kimi.
Şirvanşahlar dövləti ənənəvi "Şirvanşah" titulu ilə yanaşı həm də "Xan" və "Xaqan" titulları da daşıyırdılar.
Xaqani Şirvani Xaqani-əzəm adlandıran Şirvanşah Mənuçöhrün fərmanı ilə Xaqani (yəni xaqana məxsus olan) təxəllüsü göturmüşdür
Xaqani Şirvani əslən bir oğuz türkü ailəsində doğulmuşdur. "Töhfətül-İraqeyn"də bununla bağlı yazır:
"Bir Əcəm türküyəm, dəricə deyən, yalvac tanıyanam, Tanrı istəyən".
Buradakı Əcəm türkü ifadəsi eynilə bugünkü Azərbaycan türkü, Azərbaycanlı sözlərinin sinonimi kimi qəbul edilə bilər. Maraqlıdır ki, şair Allah sözü yerinə onun türk qarşılığı kimi Tanrı və peyğəmbər sözünün də qarşılığı olan "yalvac" sözünü işlədir.
Xaqani Şirvanin tam adı İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahimdir.
Əmisi isə məşhur təbib-alim Ömər ibn Osman Kafiəddindir. Əmisinin oğlu isə Vəhidəddin Osmanıdır.
Xaqani Şirvanin Əbdülməcid və Rəşid adlı oğlanları, bir neçə qızı olub.
Xaqani, ehtimal ki, onda 18-19 yaşlarında olan Nizami Gəncəvi ilə də görüşür, dostlaşır. Ona görə də Xaqani ölən zaman Nizami ona mərsiyə yazır. Həmin mərsiyədən hələlik aşağıdakı bir beyt məlumdur:
Hey deyirdim ki, mənə mərsiyə Xaqani yazar,
Heyf, Xaqaniyə mən mərsiyə yazdım axır.
Qəbələ rayonunun Həzrə kəndində yerləşən XV–XVI əsrlərdə inşa edilmiş Şeyx Mansurun türbəsi üzərində yerləşən daş kitabədə 1382-1417-ci illərdə hökmdarlıq etmiş Şirvanşah Şeyx I İbrahimin titulu Xaqan-Sultan kimi qeyd olunur.
"Allah yolunda canlarını itirənlərə ölü deməyin. Onlara Allahdan bir mükafat verilir.
“Bu Türbə Berik oğlu mərhəmətli Şeyx Mənsurun xatirəsinə, böyük və qüdrətli Xaqan-Sultan Şeyx İbrahimin dövründə ucaldılıb. Uca Allah səltənətinə əbədilik nəsib etsin."
Elxanilər (Hülakülər ) dövləti dönəmində Kaan al adil, digər üzündə lailəhəillallah Məhəmməd rəsulallah sözləri yazılmış sikkə basılmış.
Ağqoyunlu tarixçisi Fəzlullah ibn Ruzbihan Xunci Həsən Padşah Bayandurun titullarını və əldə etdiyi uğurları belə təqdim edir: “Xaqan əl-afaq, sahibqran, muin əl-xilafə vəs-səltənə Əbunəsr Həsən Bahadur xan...“
Osmanlı sultanları basdığı sikkələrdə "sultan əl-birrayn vel xaqan əl-bəhreyn əl-sultan bin əl-sultan" titulundan istifadə etmişlər.
Səfəvi hökümdarlarıda Xaqan titulundan istifadə etmişlər.
Təbriz rəssamlıq məktəbinin şah əsəri olan Şah Təhmasib "Şahnamə"sinin 16-cı səhifəsində:
"Kitabxana-ye sultan ül-əzim və xaqan ...əl-Müzəffər Sultan Şah Təhmasib əl-Hüseyni əl-Səfəvi Bahadur şah".
Ramanı kəndində bir məscidin üzərində olan kitabədə "Bu məscid Böyük Xaqan Səfiəddin Şah Abbas əs-Səfəvi əl Hüseyn Bahadur xanın hakimiyyəti dönəmində, onun əmri ilə inşa olunmuşdu (Allah onun hakimiyyətini uzun eləsin).
Bu məscid Xəlifə Əli bin Xəlifə Qoca Əli bin Xəlifə Şeyxəli üçün (Allah onun günahlarını bağışlasın) - 1636-cı ildə inşa olunmuşdu."
Koroğlu” dastanının “Eyvazın Çənlibelə gətirilməyi” hisəsində
Düşmanın üstünü quştək aldıran,
Aslanlar dişindən ovlar saldıran,
Xaqanlar başına şeşpər çaldıran,
Qulac qollar buran qoç Koroğludur.
Fəthəli şah Qacar "Xaqan" təxəllüsü ilə şeir yazırdı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət