
Dərc edildi: Baxış sayı: 174
Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş dövlət şirkətlərinin sayı 20-yə çatıb
Prezident İlham Əliyev 5 noyabr 2020-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nı genişləndirib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, siyahıya “Azərbaycan alüminiumu” ASC, “Azəralüminium” və “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-lər verilib.
Həmin şirkətlər yaxın vaxtlara qədər hazırda ləğv prosesində olan "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin balansında olub.
загрузка...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət