Slimfit
  1. SİYASƏT

Zaxarova: "Minsk konfransının bütün strukturları buraxılmalıdır"

Zaxarova: "Minsk konfransının bütün strukturları buraxılmalıdır"
Sakura

Zaxarova: "Minsk konfransının bütün strukturları buraxılmalıdır"

"2022-ci ilin fevralında ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrlərinin rusiyalı həmkarları ilə ünsiyyət saxlamalarını dayandırmaları, eləcə də Ermənistanın 2022-ci il oktyabrın 6-da Praqada keçirilmiş sammitin nəticələri üzrə Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıması və 2023-cü ilin payızında Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi antiterror əməliyyatından sonra vəziyyətin dəyişməsi ilə ATƏT-in təsdiqlədiyi "Dağlıq Qarabağ nizamlanması" üzrə Minsk konfransının mandatı öz aktuallığını itirib".

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi həftəlik brifinqdə BAKU TV RU-nun sualını cavablandırarkən deyib.

"Beləliklə, Minsk konfransının müvafiq strukturları buraxılmalıdır. Biz hesab edirik ki, optimal yol sözügedən strukturun bütün təsisatlarının ləğv edilməsidir. Rusiya öz tərəfindən sülh müqaviləsinin imzalanmasına çıxmaq üçün qalan maneələrin aradan qaldırılmasında və nəqliyyat kommunukasiyalarının açılmasında, sərhədlərin delimitasiyasında və s. məsələlərdə tərəfdaşlarımıza bundan sonra kömək göstərməyə hazırdır" , - deyə o vurğulayıb.

Rusiya XİN-in rəsmi nümayəndəsinin sözlərinə görə, Rusiya Azərbaycan və Ermənistan arasında ikitərəfli məsələlərin bütün spektri üzrə danışıqlar üçün paltforma təqdim etməyə hazırdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR