Slimfit
  1. CƏMİYYƏT

Xaçmazda dörd uşaq anasına 190 manat niyə ödənilməyib? - RƏSMİ AÇIQLAMA

Xaçmazda dörd uşaq anasına 190 manat niyə ödənilməyib? - RƏSMİ AÇIQLAMA
Sakura

Xaçmazda dörd uşaq anasına 190 manat niyə ödənilməyib? - RƏSMİ AÇIQLAMA

Ötən həftə mətbuatda Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz Rayon İdarəsinin rayon sakininə ayrılan sosial müavinəti mənimsədiyinə dair iddialar yer almışdı.

Ens.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov bildirib ki, Xaçmaz rayon sakini Məryəm Mütəllim qızı İmanquliyevanın şikayəti həqiqəti əks etdirmir:

“Ailə başçısını itirməyə görə qanunvericilikdə iki sosial ödəniş növü nəzərdə tutulur: ailə başçısını itirməyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə müavinət. Ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olmayan şəxslər ailə başçısını itirməyə görə müavinət hüququndan yararlana bilirlər.

 

Müraciətlə əlaqədar araşdırma zamanı aşkar olub ki, M.İmanquliyevanın əmək qabiliyyətli olmayan ailə üzvlərinin əmək pensiyasının bu növünü almaq hüququ yarandığı üçün ona 12 yanvar 2001-ci il tarixdən etibarən dörd uşaq üçün ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin olunub.

M.İmanquliyevaya son olaraq Aysel adlı uşağı üçün 30 iyun 2018-ci il tarixədək 144,93 manat məbləğində əmək pensiyası ödənilib. Eyni zamanda, 22 may 1998-ci il təvəllüdlü Aysel adlı uşağa görə pensiya ödənişinin davam etdirilməsi üçün onun Quba Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi olması barədə təhsil müəssisəsi tərəfindən verilmiş arayışlar Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsinə təqdim edilib.

M.İmanquliyevanın adına olan pensiya işi Pensiya Alt Sisteminə işlənib, lakin pensiyanın müddəti bitdiyi üçün dayandırılıb. Pensiya təminatına dair normativ-hüquqi aktlara əsasən, hərəkətdən çıxarılmış (müddəti bitmiş) ailə başçısını itirməyə görə pensiya növü 10 il müddətinə pensiyaçının uçot vərəqində saxlanılır. Buna əsasən, ölkə üzrə minimum əmək pensiyasının məbləğinin 200 manata çatdırılması və 2020-ci il 1 yanvar tarixinə pensiyaların sığorta hissəsinin indeksləşdirilərək 16,6% artırılması səbəbindən mövcud bazada qeydiyyatda olan pensiyanın məbləği 233,19 manat qeyd edilib”.

Xatırladaq ki, kütləvi informasiya vasitələrindən birinə müraciət edən Məryəm Mütəllim qızı İmanquliyeva xüsusi karantin dövründə 190 manat birdəfəlik ödənişi almaq üçün “e-sosial.gov.az” portalında qeydiyyatdan keçdiyini, bir neçə gündən sonra ona imtina cavabının gəldiyini bildirib. İmtinaya səbəb kimi xanıma 20 il bundan əvvəl həyat yoldaşının vəfat etməsi və himayəsində dörd azyaşlı körpəsi olduğu üçün ona ailə başçısını itirdiyinə görə, təyin edilən 233 manat müavinət alması göstərilib. Lakin M.İmanquliyeva deyilən məbləğdə müavinət almadığını deyib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR