Slimfit
  1. AVTO VƏ MOTO

Volkswagen holoqrafik audio sistem hazırladı

Volkswagen holoqrafik audio sistem hazırladı
Sakura

Volkswagen holoqrafik audio sistem hazırladı

Almaniya şirkəti Volkswagen Avstriyanın Vörterzee gölünün sahilində hər il keçirilən Golf GTI heçbek sahibləri festivalında baqajında qoloqrafik idarəetməli audio sistemi olan Aurora avtomobilini göstərdi.

Əlbəttə, Volkswagen Golf Aurora brendin Volfsburqdakı zavodunun tələbələri tərəfindən hazırlanmış şou avtomobilidir. Heçbek 380 at gücünə malikdir, onun banı çox böyük aerodinamik dəstlə təchiz olunub, amma burada əsas olan avtomobilin arxasında quraşdırılmış 3500 vat gücündə vatt gücündə audio sistemdir. Onun üçün hətta arxa divanından məhrum olmaq məcburiyyətində belə qalıblar.

İnteryerdə dinamiklərin yeri kompüter modelləşdirməsi ilə optimallaşdırılıb, audio sistem isə baqajda olan holoqram vasitəsilə idarə edilir. Sistemin funksiyalarını idarə etmək üçün üçölçülü elementlərə toxunmaq da mümkündür. Holoqrafik idarəetmə trekləri çevirmək, fasilə vermək, səsə nəzarət etməyə və s. imkan verir.

Komponentlərin hazırlanması şöbəsinin rəhbəri Mark Moeller deyir ki, holoqrafik audio sistem patentləşdirilmiş məhsuldur və onun bütün tərkib hissələrini kütləvi şəkildə istehsal etmək və Volkswagen konserninin buraxdığı istənilən avtomobildə quraşdırıla bilər. Doğrudur, bu o demək deyil ki, biz artıq saabh holoqrafik sistemlə səsi artırıb-azaldacağıq: adaptasiya bir qədər vaxt alacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR