Slimfit
  1. HƏRB

Volkovun yerinə gələcək general-polkovnik kimdir? – Dosye

Volkovun yerinə gələcək general-polkovnik kimdir? – Dosye
Sakura

Volkovun yerinə gələcək general-polkovnik kimdir? – Dosye

Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlılarının komandanı Aleksandr Volkovun vəzifəsindən azad ediləcəyi, onun yerinə Rusiya müdafiə nazirinin müşaviri, general-polkovnik Aleksandr Lentsov təyin ediləcəyi gözlənilir.

Axar.az xəbər verir ki, A.Lentsov 20 dekabr 1956-cı ildə Krasnodar diyarının Abinsk rayonunda anadan olub. Lenin adına Ryazan Ali Hava Desant Komandanlığı Məktəbini 1978-ci ildə bitirib.

103-cü hava desant diviziyasının tağım komandiri vəzifəsində çalışıb. 1979-cu ildə Əfqanıstana gedən Lentsov burada müxtəlif hərbi vəzifələri icra edib. 1980-1982-ci illərdə - hava-desant təlimlərinin təlimatçısı, kəşfiyyat briqadasının komandiri olub. Kəşfiyyat qrupuna rəhbərlik etdiyi 2 il ərzində bir döyüşçüsünü də itirmədən mühüm tapşırıqlar yerinə yetirib. 1982-ci ildə 234-cü paraşüt alayının kəşfiyyat komandiri, 1982-1983-cü illərdə 234-cü paraşüt batalyonunun qərargah rəisi olub. 1983-1986-cı illərdə də 234-cü Hava Desant Alayının batalyon komandiri olub.

1986-1989-cu illərdə M.V.Frunze adına Hərbi Akademiyada təhsil alıb. 1989-1990-cı illərdə 137-ci qvardiya hava-desant Kuban kazak alayının qərargah rəisi, 1990-1993-cü illərdə 331-ci qvardiya hava-desant alayının komandiri olub.

1993-cü ildən 104-cü Qvardiya Hava Desant Diviziyasının komandir müavini, üç il sonra – 1996-cı ildən 2009-cu ilə qədər 98-ci Qvardiya Hava Desant Svirsk Diviziyasının komandiri kimi çalışıb.

2008-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasında Ali Akademik Kursları bitirib.

2009-cu il avqustun 5-dən Hava-Dəniz Qüvvələrinin komandanının müavini olub.

Lentsov Əfqanıstan, Birinci və İkinci Çeçen, Bosniya, Cənubi Osetiya, Donbas və Suriya müharibələrində iştirak edib.

2011-ci ildə general-leytenant rütbəsi alan Lentsov 31 iyul 2013-cü ildə Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Quru Qoşunlarının Ali Baş Komandanının müavini təyin edilib. 13 dekabr 2014-cü ildə general-polkovnik türbəsi alıb.

2014-cü ilin sentyabr-dekabr aylarında Ukraynanın şərqində baş verən silahlı münaqişə zamanı və 2015-ci ilin yazında Ukraynanın Donetsk vilayətinin Soledar və Debaltsevo şəhərlərində atəşkəs məsələlərinin monitorinqi və əlaqələndirilməsi üzrə birgə Rusiya-Ukrayna mərkəzində bir qrup Rusiya hərbçisinə rəhbərlik edib. Münaqişə zamanı o, üç dəfə atəşə məruz qalıb: Donetsk hava limanında, Şirokino yolunda və Qorlovka yaxınlığında...

22 yanvar 2020-ci ildən isə Rusiya müdafiə nazirinin müşaviridir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR