Dərc edildi: Baxış sayı: 579
Vilayət Eyvazov rəisi işdən çıxardı
Zaqatala rayon Polis Şöbəsinin rəisi işdən çıxarılıb.
APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Zaqatala rayon Polis Şöbəsinin rəisi Adil Ələkbərov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət