Slimfit
  1. AZƏRBAYCAN

Veteran adlarının verilməsi qaydası haqqında əsasnaməyə dəyişiklik edilib

Veteran adlarının verilməsi qaydası haqqında əsasnaməyə dəyişiklik edilib
Sakura

Veteran adlarının verilməsi qaydası haqqında əsasnaməyə dəyişiklik edilib

 Nazirlər Kabineti “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” 1995-ci il 22 sentyabr tarixli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədovimzalayıb.

Qərara əsasən Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR