Slimfit
  1. HƏRB

Vətən müharibəsində Mübariz İbrahimovun qisasını alan dostu

Vətən müharibəsində Mübariz İbrahimovun qisasını alan dostu
Sakura

Vətən müharibəsində Mübariz İbrahimovun qisasını alan dostu

Ağdamın Qızıl Kəngərli kəndində "Report" İnformasiya Agentliyinin çəkiliş qrupu hərbçilərlə həmsöhbət olarkən aydın olur ki, onların Vətənlə bağlı arzuları eynidir - qalib ordunun sıralarında xidmət etdikləri üçün qürur duyurlar, Vətənin keşiyində dayanmağı özləri üçün fəxr bilirlər.

Gizir Bayramov Ramil "Reporta" müsahibəsində bildirdi ki, Milli Qəhrəman Mübariz İbrahimovla yaxın dost olublar və hər zaman arzusu olub ki, Mübarizin şəhid olduğu postu düşmənlərdən azad etsin: "8 ildir ki, Vətənə xidmət edirəm. Kəşfiyyatçı kimi xidmətimlə fəxr edirəm, şərəfli peşədir. İlk döyüşlərimiz başladı Talış kəndi istiqamətindən, daha sonra Mübariz postundan. Biz bir gecədə 27 postu düşməndən azad etdik. Rəhmətlik Mübarizlə də mən çox yaxın dost olmuşuq. O postda döyüşmək mənimçün xüsusi əhəmiyyət kəsb edirdi, çünki bu mənim çoxdankı arzum idi. Bizə verilən döyüş tapşırıqlarını layiqincə yetirdik və xalqımıza qələbə sevincini yaşatdıq. Təbii ki şəhidlərimiz oldu, Allah onlara da rəhmət eləsin valideynlərinə və yaxınlarına səbr diləyirəm, qazi qardaşlarımıza da Tanrıdan şəfa diləyirəm. Ali baş komandana da öz təşəkkürümü bildirirəm ki, məni döyüşdə fərqlənməyə görə medalı ilə təltif etdi. Xalqımız da sağ olsun ki, bizim arxamızda dağ kimi dayandı".

Əsgər Xəzər Əliyev də Ağdamda xidmət etməsindən fəxr hiss keçirdiyini dedi: "Müharibənin ilk günlərindən xidmətdəyəm. Suqovuşandan Ağdama kimi döyüşlərdə iştirak etmişəm. Kəşfiyyat bölüyündə 5 ildən artıqdır ki, xidmət edirəm. Həmişə ali baş komandanımızın əmrini gözləmişik ki torpaqlarımızı yağı düşmən əlindən azad edək. Nəhayət o gün gəldi çatdı, bütün torpaqlarımızı müzəffər ordumuz tərəfindən azad etdik. Allah şəhidlərimizə də rəhmət eləsin, qazilərimizə də can-sağlığı versin. Biz məhz onların sayəsində bu gün ayaq üstdəyik və vətənimizin keşiyindəyik."

Əsgərlərlə söhbətdə onların təminatı, maddi-texniki təchizatı ilə maraqlandıq, ürəklərində olan arzuları eşitdik, öz yaxınlarına salamlarını çatdırdıq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR