Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Varikozun həyati təhlükəsi

Varikozun həyati təhlükəsi
Sakura

Varikoz bu gün dünyada ən çox yayılmış xəstəliklərdən biridir

Varikoz bu gün dünyada ən çox yayılmış xəstəliklərdən biridir. O, minlərlə insanın əsl faciəsinə çevrilmiş problemdir. Bunu bizə müraciət edən xəstələrin bir çoxunun həyat və xəstəlik anamnezinin öyrənilməsi də göstərir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin cərrah-fleboloqu, professor Məhəmməd Kərimov deyib.

Həkim bildirib: “Adama elə gəlir ki, insanlar bəzən sanki öz həyatlarını sınağa çəkmək, bədənlərində nə vaxtsa partlayacaq minanı gəzdirmək, ülgücün üzəri ilə getməkdən məmnunluq duyur, bunu ekstremallara çevrilirlər. Lakin hər bir təhlükəli vəziyyətin nəticələri, nə ilə sonlana biləcəyi ehtimallarını onlara izah etdikdə ekstremalların çoxu bunu anlayır və dəyişməsi istiqamətində addımlar atırlar. Lakin təəssüflər olsun ki, bəzi xəstələr bizim bütün cəhdlərimizə, kütləvi informasiya vasitələrində, qəbullarda, təkbətək söhbətlər zamanı verdiyimiz tam izahatlara baxmayaraq şəxsi sağlamlığına olan münasibətini dəyişmir və “Heç nə olmaz, filankəs bununla yüz il yaşadı” kimi fikirlərlə özlərinə təskinlik verirlər. Ən qorxulusu isə budur ki, belə insanlar özlərinə bəraət qazandırmaq məqsədilə bəzən problemi daha da qabardaraq “Filankəsin ayağı cərrahi əməliyyatdan sonra qurudu” kimi bir sıra terminlər də işlədirlər. Bu da psixoloji cəhətdən nəinki özlərinə, hətta başqalarına da mənfi təsir göstərir. Belə yanlış fikirlərlə yaşayan insanlar az deyil. Bu isə ağır fəsadlarla nəticələnir: tromb, qanaxma və yaxud da ayaqda uzun illər sağalmayan trofiki xoralar. Lakin belə olduğu təqdirdə artıq gec olur.

Bu səbəbdən hər bir problemin, xüsusilə də sağlamlıqla əlaqədar yaranan hansısa patoloji halın vaxtında aradan qaldırılması vacibdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR