Slimfit
  1. MARAQLI

Uzunun ağlı topuğunda deyilmiş: Hündürboylular daha ağıllı olurmuş

Uzunun ağlı topuğunda deyilmiş: Hündürboylular daha ağıllı olurmuş
Sakura

Uzunun ağlı topuğunda deyilmiş: Hündürboylular daha ağıllı olurmuş

Atalar həmişə haqlı olmur. “Uzunun ağlı topuğunda olar” demişdilər. İsveç qəzetində bunun əksinin iddia edən material verilib.

Bizimyol.info xəbər verir ki, “Svenska Dagbladet” hündürboylularun daha ağıllı olduğunu yazıb. Qəzet qısaboyluların çox yaşadığını, amma uzun adlandırdığımız adamların ağılda qısalardan geri qalmadığını iddia edir.

“Svenska Dagbladet” bir araşdırmanın nəticələrinə güvənərək bu iddianı irəli sürüb. Araşdırmada Piqmalion effektindən sohbət açılır. 1968-cı ildə psixoloq Robert Rozental maraqlı eksperiment keçirmişdi. O, San-Fransiskodakı məktəblərdən birində müəllimləri inandırmışdı ki, xüsusi psixoloji test keçirib və şagirdlərin 20 faizinin daha bacarıqlı olduğuna əminlik yaranıb. Tədris ilinin sonunda həmin şagirdlərin daha yüksək nəticə qazandığı ortaya çıxmışdı. Halbuki o şagirdlər digərlərindən heç nədə üstün deyil. Sadəcə, müəllimlər onlara dah çox güvənib və diqqət ayırıb. Uzunun ağlı məsələsi də bununla bağlıdır. Belə fikir formalaşıb ki, hündürboylular boyu qısa olanlardan ağıllı deyil. Həmin adamlar da bu deyimin təsirinə düşürlər, potensiallarını tam aça bilmirlər. Hərçənd, boyun verdiyi müəyyən üstünlüklər var və bu, hündür insanların yalnız xeyrinə işləyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR