Slimfit
  1. ƏDƏBİYYAT

Üzeyir Hacıbəyov - Leyli və Məcnun/İkinci pərdə

Üzeyir Hacıbəyov - Leyli və Məcnun/İkinci pərdə
Sakura

Üzeyir Hacıbəyov - Leyli və Məcnun/İkinci pərdə

Vaqe olur L e y l i n i n evindә. L e y l i v ә a n a s ı oturubdurlar. Pәrdә qalxmazdan qabaq musiqi (sәmayi-şәms) çalınır; pәrdә qalxır, Leylinin anası oxuyur.
 
L e y l i n i n a n a s ı--
 
Ey şux! Nәdir bu göftügülәr?
Qılmaq sәnә tәnә eybculәr?
Nәyçün özünә ziyan edirsәn?
Yaxşı adını yaman edirsәn?
 
(M u s i q i)
 
Derlәr sәni eşqә mübtәlasәn,
Biganәlәr ilә aşinasәn.
 
L e y l i--
 
Ey munisi-ruzigarım, ana!
Dürgi-düri-şahvarım ana!
 
(M u s i q i)
 
Sözlәr dersәn ki, bilmәzәm mәn,
Mәzmununu fәhm qılmazam mәn.
 
L e y l i n i n a n a s ı--
 
Sәn hardanü eşq zövqü hardan?
Sәn hardanü dust zövqü hardan?
 
(M u s i q i)
 
Oğlan әcәb olmaz olsa aşiq,
Aşiqlik işi qıza nә layiq?
 
L e y l i--
 
Dersәn mәşuqü eşqü aşiq,
Mәn sadә ürәk tifli-sadiq;
Bilmәm nәdir ol hәdisә mәzmun?
Söylә! Necә olmayım digәrgun?
 
L e y l i n i n a n a s ı--
 
Neylәrsәn әgәr atan eşitsә,
Qәhr ilә sәnә siyasәt etsә?
 
(M u s i q i)
 
Minbәd gәl eylә tәrki-mәktәb.
Bil әbcәdini hәmin cәdü әb.
 
(M u s i q i)
 
Gәrçi adın oda dildә mәzkur,
Görmәk sәni ola ğeyri-mәqdur.
 
L e y l i--
 
Mәn mәktәbә rәyim ilә getmәm,
Bir şüğli xilafi-rәyin etmәm.
Billah, mәnә hәm bu idi mәqsud,
Mәktәbdә olurmu tifl xoşnud?
Artıq bu sözü mükәrrәr etmә,
Lütf eylә, mәni mükәddәr etmә!
 
(M u s i q i)
 
(Şur çalınır. Qapı döyülür. L e y l i a n a s ı i l ә durub o biri qapıdan çıxırlar. L e y l i n i n a t a s ı gәlib qapını açır. M ә c n u n u n a t a s ı vә bir neçә әrәb gәlirlәr. L e y l i n i n a t a s ı onlara oturmağı tәklif edir. M ә c n u n u n a t a s ı onlara müraciәt edib oxuyur).
 
M ә c n u n u n a t a s ı (şur üstә) --
 
Ey qәdrlә qibleyi-qәbait!
Әslü nәsәbim sәnә әyandır,
Hökmüm neçә min evә rәvandır.
Mәşhuri-qәbailәm sәxadә,
Mәrufi-tәvaifam әtadә.
Nәxli-әmәlim sәmәr veribdir,
İyzәd mәnә bir gühәr veribdir.
Hala dilәrәm bu türfә lölu,
Bir lәl ilә ola hәmtәrazu.
Lütf eylә, inayәtü kәrәm qıl!
Ol lәl ilә dürrü möhtәrәm qıl!
 
L e y l i n i n a t a s ı (şur üstә)--
 
Ey qovm içindә bir xirәdmәnd!
Mәn kimi әsiri-dami-fәrzәnd!
Müşgülcә xitabdır xitabın,
Bilmәm necә verәyim cavabın.
Qürbün, bilirәm, mәnә şәrәfdir,
Әmma xәlәfin әcәb xәlәfdir.
"Mәcnun"--deyә tәn edir xәlayiq,
Mәcnuna mәnim qızım nә layiq?!
 
(M u s i q i)
 
X o r--Әrәblәr (tәsnif üstә)
 
Ey әrәb, bizlәri mәyus etmә!
Vergilәn Leylini Qeysә getsin.
 
Q e y s--
 
Maldan da, candan da, puldan da,
Maldan da, candan da, puldan da,
Hamıdan artıqdır, bil bunu, ərəb
Bil bunu, әrәb!
 
(M u s i q i)
 
L e y l i n i n a t a s ı--
 
Xeyr, vermәrәm, vermәrәm, vermәrәm!
Vermәrәm, vermәrәm, vermәrәm!
Leyliyә yaraşmaz divana oğlan,
Divanә oğlan!
 
(M u s i q i: kurd-şahnaz)
 
Әrәblәr әl ilә, göz ilә L e y l i n i n a t a s ı n ı rağib etmәk istәyirlәr.
 
M ә c n u n--
 
Ya rәbb! Bәlayi-eşq ilә qıl mübtәla mәni,
Bir dәm bәlayi-eşqdәn etmә cida mәni.
Az eylәmә inayәtini әhli-dәrddәn,
Yəni ki, çox bәlalara qıl mübtәla mәni.
 
(Qonaqlar gedirlәr, musiqi yenә şur çalır.)
 
L e y l i n i n a t a s ı (tәkcә)--
 
Nәsl ilә olur bәqayi-insan,
Nәzmi-bәşәrü nizami-dövran.
Can cövhәrinә bәdәldir övlad;
Övlad qoyan, qoyur hәmin ad.
Xoş ol ki, xәlәfdәn ola xoşdil,
Dünyada bir oğlu ola qabil.
Ah, olsa әgәr sәfihü sәrkәş,
Әtvari kәrihü xülqi naxoş,
Tәşni oxuna olub nişanә,
Bizar ola ondan ata-anә.
 
(Qapı döyülür, L e y l i n i n a t a s ı qapını açır. İ b n-S ә l a m ilә bir neçә әrәb daxil olub oxuyurlar).
 
(M u s i q i)
 
Ә r ә b l ә r--
 
Ali-cahani bilib, gәlmişik ziyarәtә,
Bir әmri edib izhar, әncamın alaq sәndәn,
Әncamın alaq sәndәn.
 
(M u s i q i)
 
L e y l i n i n a t a s ı--
 
Xoş gәldiz, sәfa gәldiz, mәni siz uca etdiz,
Hәr әmrә varam hazır, mümkündürsә әlaci,
Mümkündürsә әlaci.
 
(M u s i q i)
 
Ә r ә b l ә r--
 
Bu oğlan İbn-Sәlam, hәr cahi-cәlali çox.
Әmma ki, onun, heyfa, hәmdәrdi-hәmsirri yox,
Hәmdәrdi-hәmsirri yox.
 
(M u s i q i)
 
Ә r ә b l ә r--
 
Bilmişdir sәnin vardır ismәtli gözәl qızın,
İstәr kim, ola sәnlә hәm qom, hәm dost, hәm aşina.
Hәm qom, hәm dost, hәm aşina.
 
(M u s i q i)
 
L e y l i n i n a t a s ı--
 
Ey tayifeyi-nәcib, mәn bu tәklifә şadam.
Xudavәndin әmrilә verdim Leylini getsin,
İbn-Sәlamın olsun.
 
Ә r ә b l ә r (İbn-Sәlama)--
 
İbn-Sәlam, ilahi
Sәni xoşbәxt eylәsin!
 
(M u s i q i)
 
İ b n-S ә l a m--
 
İmdi sәn mәnә oldun ata-anadan әziz,
Allah qoysa, mәn dә ollam sәnә oğul yerindә,
Sәnә oğul yerindә.
 
Ә r ә b l ә r--
 
İndi biz gedәk toy üçün tәdarükә başlayaq,
Tәdarükә başlayaq.
 
(H a m ı gedir. L e y l i çıxıb qatar oxuyur.)
 
L e y l i--
 
Xilafi-rәyim ilә, ey fәlәk, mәdar etdin,
Mәni gül istәr ikәn mübtәlayi-xar etdin....
 
PӘRDӘ

 

Üçüncü pərdə

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR