Utancaq işaxtaranlar özlərini necə təqdim etməlidir?
Təbiətən utancaq, qapalı insanlar təhsilini bitirib işə müraciət etdikləri zaman və iş müsahibəsi vaxtı özlərini narahat hiss edirlər. Bəs belə təbiətli insanlar məzun olduqdan sonra özlərini necə hazırlamalı?
İngiltərənin targetjobs karyera platforması məsləhət görür ki, işə müraciət formalarında və turu iş müsahibələri vaxtı özünüzü effektli şəkildə təqdim etməlisiniz, lakin bu utancaq insanlarda süni görünə bilər. Məsələ bundadır ki, təvazökar və iddiasız insanlar öz bacarıqlarını tam göstərə bilmirlər və bəzən heç o bacarıqlar barədə işəgötürənə heç nə demirlər. Bu iki səbəbdən olur: onlar ya həmin bacarıqları adi hesab edirlər ya da fikirləşirlər ki, onlar barədə danışmaq lovğalıq olar. Belə etməklə onlar işəgötürənlərin onları bəyənmələrinə heç bir səbəb qalmır. Beləliklə siz utancaq, təvazökar insansınızsa aşağıdakıları etməklə çəkingənliyinizin öhdəsindən gəlib özünüzü “sata” bilərsiniz:
1. Güclü cəhətlərinizi bilin
Özünü yaxşı “sata” bilməyin birinci addımı odur ki, siz bilməlisiniz ki, sizin digərləri ilə bölüşülməli bacarıqlarınız və güclü cəhətləriniz var. Əvvəl, gündəlik həyatda istifadə etdiyiniz bacarıqların siyahısını hazırlayın. Dərəcə əldə etmək üçün esse yazmısınız və təqdimatlar vermisiniz? Elə isə yazılı və şifahi əlaqə qurma bacarığınızın nümunələrini göstərə bilərsiniz. Futbol, voleybol və ya başqa idmanla məşğul olursunuz? Bu zaman siz kapitan və ya təşkilatçı kimi komanda işləri gördüyünüzü və motivasiya etmə kimi bacarıqlarınız misal gətirə bilərsiniz. Təhsil aldığınız vaxt hansısa cəmiyyətin üzvü olmuşunuz və ya yarımştat işləmisiniz? Onda vaxtın idarə olunması və prioritetləşdirmə kimi bacarıqlarınızı nümunə göstərə bilərsiniz.
Bunda əlavə getdiyiniz kursların və əldə etdiyiniz dərəcələrinizin də siyahısını hazırlayın. İşə götürənlər ilk yardım dərəcələrini və İT (informasiya texnologiyaları) kurslarını da qiymətləndirir.
Həmçinin sizə yaxşı məsləhət verə biləcək dostlarınız, ailəniz, keçmiş və ya indiki rəhbəriniz və müəllimlərinizdən də hansı bacarıqlarınızın olduğunu soruşun.
2. Düşüncə tərzinizi dəyişin
Əgər sizə elə gəlir ki, özünüzü yaxşı təqdim etməklə yekaxana görünəcəksiniz onda bu düşüncə tərzinizi dəyişin. İş müsahibəsi vaxtı özünüzü yaxşı təqdim etməklə siz öyünmürsünüz, sadəcə işəgötürənlərə göstərirsiniz ki, siz onların axtardığı adamsınız. İşəgötürənlər fikirləri oxumurlar. Siz onlara bacarıqlarınız barədə danışmayana və ən yaxşı nəyi bildiyiniz deməyənə qədər onlar bunu bilməyəcəklər və çox güman ki, başqa bir namizədi işə götürəcəklər.
Odur ki, ərizə forması dolduranda və ya iş müsahibəsinə gedəndə işəgötürənin sizin haqqınızda düzgün qərar vermələri üçün axtardıqları adamın məhz siz olduğunu bilmələri üçün bütün bacarıqlarınızı nümayiş etdirin. Kitablarda bu düşüncə dəyişikliyinə “vəziyyətin dəyişdirilməsi” deyilir. Buna sadəcə sağlam düşüncə də deyə bilərsiniz.
3. Özünüz haqda ‘mən yaxşıyam’ deyin
Əgər siz “mən vaxtımı yaxşı idarə edirəm” deməyə çəkinirsinizsə onda siz VƏN (vəziyyətlər, əməlləriniz və nəticələriniz) metodundan istifadə edərək bir işi həyata keçirərkən vaxtınızı necə idarə etdiyiniz barədə danışa bilərsiniz. Məsələn, belə deyin: “Keçmişdə elə hallar olub ki, işləri bitirmək üçün vaxtımı ehtiyatla idarə etməli olmuşam. İkinci kursda oxuyanda İcmalarda İşlər təşəbbüsünün bir hissəsi kimi həftədə iki dəfə tezdən ibtidai məktəblərdə keçirirdim. Amma bununla yanaşı mən həftədə iki esse yazmalı idim və həftədə 8 saat supermarketdə işləyirdim. Mən bütün işləri vaxtında təhvil verdim, könüllü fəaliyyətimlə bağlı bütün gözləntiləri yerinə yetirdim və bir iki dəfə növbəni dəyişməli olsam da həftədə 8 saatlıq işimi də gördüm.” Bu nümunədə namizəd vaxtı yaxşı idarə etdiyini deməsə də bu dediklərindən tam aydın olur.
Siz həmçinin sizin haqqınızda deyilən müsbət fikirləri də səsləndirə bilərsiniz: “Menecerim də mənim vaxtın idarə olunması bacarıqlarım haqda yaxşı fikirdə olub.”
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət