Slimfit
  1. DÜNYA

ÜST rəhbəri koronavirusa qarşı tədbirlərin yumşaldılması üçün altı şərti açıqladı

ÜST rəhbəri koronavirusa qarşı tədbirlərin yumşaldılması üçün altı şərti açıqladı
Sakura

ÜST rəhbəri koronavirusa qarşı tədbirlərin yumşaldılması üçün altı şərti açıqladı

ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusun yayılmasına qarşı tətbiq edilən tədbirlərin yumşaldılması üçün altı şərti açıqlayıb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

T.Qebreyesus sosial və iqtisadi sahələrdə atılan addımların sürətlə aradan qaldırılması halında epidemiyanın yenidən güclənmə riskinin olduğunu qeyd edib.

Epidemiyanın yayılmasının nəzarət altında olduğundan əmin olmaq lazımdır

Epidemiyanın nəzarətə alınması dedikdə, yayılma zəncirinin halqalarının və çıxış nöqtələrinin müəyyən edilməsi nəzərdə tutulur.

Yeni halların sürətlə aşkar edilməsi

ÜST rəhbəri ikinci şərtin yeni halların sürətlə müəyyən edilməsi, sözügedən şəxslərin testdən keçirilməsi, zəruri hallarda təcrid olunması və müalicəsi olduğunu qeyd edib, virusa yoluxmuş şəxslərin izlənilməsinin də vacibliyini vurğulayıb.

İnfeksiya riskinin minimuma endirilməsi

Görülən tədbirlərin yumşaldılmasından əvvəl milli hökumətlər, xüsusilə xəstəxanalar və digər tibb müəssisələri ətrafında infeksiya riskini minimuma endirməlidirlər.

Hökumətlər qoruyucu tədbirlər görməlidir

Hökumətlər iş yerlərində, məktəblərdə və əhəmiyyəti ictimai yerlərdə koronavirusa qarşı zəruri tədbirləri görməlidir: sosial məsafə, gigiyena tədbirləri və temperaturun ölçülməsi və s.

Səyahətlər epidemiyanı yenidən başlada bilər

Səyahətlər vasitəsilə epidemiyanın yenidən yayılması riski nəzərdə saxlanmalıdır.

Cəmiyyət virusa qarşı kifayət qədər maarifləndirilməlidir

ÜST rəhbərinin fikrincə, yalnız kifayət qədər maarifləndirmə sayəsində cəmiyyətin yumşaldılmış tədbirlərə yüksək səviyyədə riayət etməsinə nail olmaq olar.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR