Dərc edildi: Baxış sayı: 564
Uşaqlarını koronavirusdan qorumaq üçün mikroavtobusda yaşayır
Türkiyənin Trabzon şəhərində kişi ailəsini virusa yoluxdurmamaq üçün maşında yaşayır.
Yenisabah.az verir ki, 42 yaşlı Fateh Turan evinin yaxınlığındakı mikroavtobusda qalır.
O, gündə bir neçə saat işə getdiyini deyib və işdən qayıdanda uşaqlarını virusa yoluxdurmaq təhlükəsi yaşamamaq üçün belə etdiyini bildirib.
Bütün lazımi əşyaları miktoavtobusa yerləşdirən həmin şəxs zamanını maraqlı keçirdiyini deyib.
“Burada arvadın deyinməsindən də uzaq oluram”, - deyə Turan zarafat edib. /Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət