Dərc edildi: Baxış sayı: 843
Uşaqların mədəsindən çıxan əşyalar təəccüb doğurur
Türkiyənin Elazığ vilayətində uşaqların qida və tənəffüs yollarından çıxarılan əşyalar təəccüb doğurub.
“HaberGlobal” məlumat verir ki, altı aydan başlayaraq 18 yaşa qədər olan uşaqların mədəsindən ən çox dəmir pullar çıxarılıb.
Bundan başqa, yad cisimlərin arasında iynə, şüşə top, batareya, çaxmaq, sancağa da rast gəlinir.
Həkimlər yad cismin nəfəs borusuna düşdüyü zaman vəziyyətin daha təhlükəli olduğunu bildiriblər. Qida borusuna yad cisim düşən uşaqlarda ciddi udma problemi, ağız suyunun axması, güclü boğaz ağrısı olduğu zaman həkimə müraciət edilməsi tövsiyə olunub.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət