Slimfit
  1. CƏMİYYƏT

“Uşaqları məktəbə çəkmə ilə aparıb çatanda ayaqqabısını dəyişirik”

“Uşaqları məktəbə çəkmə ilə aparıb çatanda ayaqqabısını dəyişirik”
Sakura

“Uşaqları məktəbə çəkmə ilə aparıb çatanda ayaqqabısını dəyişirik”

“Uşaqları məktəbə çəkmə ilə aparıb, çatanda ayaqqabısını dəyişirik”.

Qafqazinfo” xəbər verir ki, Hövsan sakinləri qəsəbədaxili yollardan narazıdır. Sakinlərin sözlərinə görə, yağış yağdığı zaman qəsəbədə hərəkət məhdudlaşır. Xüsusilə də, vəziyyət məktəb küçəsi adlandırılan yolda daha acınacaqlıdır:

“Yağış yağan zaman 118 nömrəli məktəbin yanındakı küçələrdən keçmək mümkün olmur. 

Kəndin yolları yararsız vəziyyətdədir, həyətləri su basıb. Yazda sakinlər olaraq qum tökdürdük, ancaq bununla düzəlmir. Gərək aidiyyatı orqanlar bu işə bir əl atsın”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələ ilə bağlı “Qafqazinfo”ya bildirib ki, hazırda 60 qəsəbədə vəziyyət bu haldadır və 2023-cü ilə kimi hədəf həmin yolların təmiridir

“Bakıda 60 qəsəbə üzrə 2200 km yol bu vəziyyətdədir. O qədər yolun birdən-birə təmiri qeyri-mümkündür. Həmin yollar ümumiyyətlə bizim balansda olmayıb. Bu ildən ölkə başçısı bizim Agentliyə həmin yolların təmiri ilə bağlı tapşırıq verib.

Bu il tapşırığın icrası ilə əlaqədar artıq 300 km-ə yaxın bu cür yol təmir edilib. 2023-cü ilə kimi hədəf isə həmin o 2200 km yolun təmiridir”.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR