Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Uşaqlarda müalicə olunmayan hipotireoz əqli geriliyə səbəb ola bilər

Uşaqlarda müalicə olunmayan hipotireoz əqli geriliyə səbəb ola bilər
Sakura

Uşaqlarda müalicə olunmayan hipotireoz əqli geriliyə səbəb ola bilər

Qalxanabənzər (tiroid) vəzin funksiyasının tam və ya hissəvi çatışmazlığı nəticəsində meydana çıxan xəstəliyə hipotireoz deyilir. Onun əmələgəlmə səbəbləri tiroid vəzinin autoimmun xəstəlikləri, vəzin kəskin və ya yarımkəskin iltihabı prosesləri, vəzin funksiyasını azaldan bəzi dərmanların qəbulu, hər hansı bir səbəbə görə vəzdə aparılmış əməliyyatlar, beyin əsasında yerləşən hipofiz vəzinin bəzi xəstəlikləri ola bilər. Xəstəliyin etiologiyasında irsi faktorlar da istisna edilmir.

Həkim-endokrinoloq Gülay Məmmədova bu xəstəlik barədə AZƏRTAC-a verdiyi müsahibədə deyib: “Hipofizdən sintez olunan TSH hormonu tiroid vəzinin funksiyasına - hormon sintezinə nəzarət edir. Buna görə, adətən, tiroid vəzinin lazımi qədər işləyib-işləmədiyini bilmək üçün qandan TSH hormon səviyyələri yoxlanılır. Belə ki, TSH hormonunun yüksəkliyi vəzin fəaliyyətinin azaldığını göstərir”.

Bir çox xəstəliklərlə ümumi zəiflik, halsızlıq, tezyorulma kimi ortaq əlamətləri olan hipotireozun orqanizmə vurduğu ziyan barədə məlumat verən həkim-endokrinoloq deyib: “Ürəyin “motor” funksiyasında və vurğusunda azalma, ürəkətrafı kisəyə maye toplanması baş verə bilər. Xəstəlik, həmçinin mədə-bağırsaq sorulmasına təsir göstərib B qrupu vitaminlərinin və dəmirin sorulmasını pozaraq qan azlığına-anemiyaya səbəb olur. Kişilərdə spermatozoidlərin aktivliyinə, qadınlarda isə yumurtalığın funksiyalarına təsir edərək sonsuzluğa səbəb olması da mümkündür. Bundan başqa böyrəklərin bədəndəki artıq mayeni atmasına mənfi təsir göstərərək ödemlərin əmələ gəlməsinə, beyin funksiyalarına təsir edərək yaddaş və yuxu pozğunluğuna, depressiyaya səbəb olur. Uşaq və yeniyetmələrdə tiroid vəzinin çatışmazlığı cinsi və boy inkişafının pozulmasına aparıb çıxarır. Uşaqlarda müalicə olunmayan hipotireoz bərpa oluna bilməyən əqli geriliyə səbəb ola bilər”.

Onun dediyinə görə, hipoterioz vaxtında aşkar edilib düzgün müalicə olunarsa, xəstəliyin proqnozu müsbət olur. Həmin xəstələr bütün ömrü boyu tireoid hormonları ilə müalicə almalıdır. Həb şəklində olan dərmanlar yalnız həkim nəzarəti altında qəbul edilməli və miqdarı tənzimlənməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR