Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Uroloq-cərrah, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayılın sünnət haqda məqaləsi

Uroloq-cərrah, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayılın sünnət haqda məqaləsi
Sakura

Uroloq-cərrah, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayılın sünnət haqda məqaləsi

Ens.az ailem.az-a istinadən tanınmış uroloq-cərrah, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayılın sünnət haqda məqaləsini təqdim edir.

Dünyada milyardlarla insan öz körpələrinin cinsi orqanının ətrafında dəri qıvrımını kəsdirir - sünnət etdirir. Əlbəttə, bunu dini əsaslarla edirlər.
Dəhşət dindar adam deyiləm. Üstəlik "sünnət" adından da məlum olduğu kimi, məcburi deyil, "sünnət"dir.
 
Sünnət haqqında çox məqalə var. Amma hansının daha dürüst olduğunu söyləyə bilmərəm - hamısı təəssübkeşlik ilə yazılmışdır. Bunun yerinə sizə özümün inandığım məsələləri çatdıracağam.
 
- Sünnət uşaq psixikasına mənfi təsir edir. Əməliyyatın uşağın "ağlı kəsmədiyi" ilk 4 ay içərisində edilməsi daha yaxşıdır. Yoxsa uşaq belə düşünür: "Anam və atam məni bir dayıya verdilər, o da məni kəsdi". Ciddi psixoloji zədədir.
 
Ağlı kəsmədiyi ilk 4 ayda sünnətin edilməsi daha yaxşıdır.
 
İlk 40 gün ərzində edilməsi dəfələrlə yaxşıdır.
 
İlk həftə ərzində edilməsi idealdır.
 
Sünnət uşaq doğulduqdan sonra ən erkən 3 gün sonra edilə bilər.
 
- Bir yaş ilə 6 yaş arasında heç bir uşağı sünnət üçün yola gətirmək olmaz. Mütləq ümumi anesteziya altında sünnət edilməlidir.
 
- Lazerlə sünnət edilməsi deyilən məfhum nağıldır. Həkimin rahatlığı üçün uydurulmuşdur. Həkimlik həyatım boyunca 2 dəfə "lazerlə" sünnətin ciddi fəsadlarını görmüşəm.
 
- Sünnət sonrası ona qulluq lazım deyildir. Mənim əlimin yüngül olduğunu söyləyirlər. Amma iş mənim əlimdə deyil. Sünnətdən sonra öz xəstələrimə hər hansı sarğı və "vanna" edilməsini QƏTİ qadağan edirəm. Mənim sünnət etdiyim uşaqların yaralarının tez sağalmasının sirri bundadır.
 
- Sünnət uşaq haqlarını pozurmu? Bilmirəm. Məncə pozur. Amma mən 3 oğluma da (ikisinə özüm etmişəm) sünnət etdirmişəm.
 
Özünüz qərar verin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR