Slimfit
  1. TARİX

Qafqazda qaradərililər

Qafqazda qaradərililər
Sakura

Qafqazda yaşayan qaradərililər və ya Abxaziya qaradərililəri (gürc. შავკანიანი აფხაზები)- Abxaziyada…

Abxaziyanın ərazisində abxazlar, gürcülər və ruslardan ibarət etnik qruplar yaşayır. Lakin təxminən 100 il bundan əvvəl [2] Hal-hazırda isə bu qrup Abxaziyanın əsas yerli əhalisi ilə qarışaraq assimilyasiyaya uğramışdır. Qafqaz qaradərililəri Kodor çayı boyunca yerləşən Çlou, Merkula, Aqdarra, Pokveş və əsasən Adzyubja kəndində yaşayırdılar. Onlar abxaz dilində danışır və özlərini abxaz adlandırırdılar. Aralarında müxtəlif dinlərə inanırdılar. Zəncilərin əksəriyyəti müsəlman, bəziləri xristian, yəhudi və bütpərəst idilər.

Bu qaradərili qruplar haqqında müxtəlif fikirlər mövcuddur. Bir fərziyyədə ehtimal olunur ki, Abxaziyada yaşayan qaradərililərin əcdadları Osmanlı dövründə Abxaz knyazı Şervaşidzenin (Çaçbanın) öz plantasiyalarında işlətmək üçün qul bazarından aldığı bir neçə yüz qara qullardır. "Şervaşidze" soyadı "Şirvanşah" sözünün təhrif olunmuş formasıdır, buna görə də Şervaşidze knyazlarının bizim Şirvanşahlara qohumluğu çatır. Digər bir ehtimala görə, XVIII əsrdə qullarla dolu olan bir gəmi Abxaziya sahillərinə yaxın bir ərazidə qəzaya uğramışdı. Bu qəzadan sonra, gəmidə olan qara qulların bir qismi xilas olmuş, Abxaziya sahillərinə çıxa bilmiş və burada məskunlaşmışlar. Başqa bir fərziyyəyə görə isə Abxaziyaya qaradərililər qədim zamanlarda Efiopiyadan köçmüşdür. Antik yunan mənbələrində Abxaziyanı "Kolxida", orada yaşamış xalqı isə "kolx" adlandırırdılar. Etnoslar haqqında ən qədim məlumatları verən qədim yunan tarixçisi Herodota görə kolxlar qaradərili, qıvrım saçlı olmuşlar. Onlar misirlilər və həbəşlilər kimi oğlanlarını sünnət edirdilər.

Abxaziyada yaşayan qaradərililər haqqında müxtəlif fərziyyələrin mövcud olmasına baxmayaraq, indiyə qədər qaradərililərin Afrikadan Qafqaza necə və hansı yollarla gəlib çıxdıqları sirr olaraq qalır. Başqa bir versiyayada isə qaradərililərin Abxaziyaya gətirilməsində knyaz Abaşidzenin adı çəkilir. Onun 1840-cı ildə qaradərililəri plantasiyada işlətmək üçün Efiopiyadan gətirməsi fərziyyə olunur. İndi həmin zəncilərin nəsli "Abaş ailəsi" adı ilə Abxaziyada yaşayır. Hal-hazırda Abxaziyada təmiz qanlı qaradərili ailəsi qalmayıb. Qaradərililər ağlarla qarışmış və onların gələcək nəsillərində zənci irqinin əlamətləri yox dərəcəsindədir. XIX əsrin amerikalı səyyah, yazıçı və jurnalist Corc Kennantərəfindən çəkilmiş qaradərililərin fotoları bu gün də diqqəti özünə cəlb etməkdə davam edir. Belə ki onun 1870-1886-cı illərdə Rusiya imperiyasına səyahəti zamanı çəkdiyi fotoportretlərdən biri Azərbaycan üçün xüsusilə önəmlidir. Kennanın çəkdiyi həmin fotoda Dağlıq Qarabağda yaşayan qaradərili təsvir olunub. C.Kennan öz qeydlərində həmin şəxs afro-qarabağlı adlandırılıb. Fotoda olan şəxsin kimliyi barədə heç bir məlumat olmasa da, geyiminin Qafqazlılara xas formada olduğu görünür. Həmin fotonun bu gün ABŞ konqresinin kitabxanasında "Qarabağ zəncisi" adı ilə saxlanıldığı qeyd olunur.

 

Corc Kennanın çəkdiyi "Qarabağ zəncisi" fotoportreti
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR