Slimfit
  1. AZƏRBAYCAN

Şəhid ailələrinin qanpullarını öz qapılarında əllərindən öpərək vermək gərəkdir... -7 cümlədə 7 dərd

Şəhid ailələrinin qanpullarını öz qapılarında əllərindən öpərək vermək gərəkdir... -7 cümlədə 7 dərd
Sakura

Yalnız Abellərin adını tabellərimizdən silməklə işimizdə intizama nail ola bilməyəcəyik...

Yalnız Abellərin adını tabellərimizdən silməklə işimizdə intizama nail ola bilməyəcəyik...
İndi də Paşinyanın Qarabağda əsgərlikdə olan oğlunun atasına yeməkdən narazılıq etməsi xəbəri ilə artıq Ermənistan ordusunun dağıldığına inanıb başımızın altına təzə yastıq qoymayaq; ermənilərin 1988-ci ildə dedikləri “biz ac qalacağıq, ancaq Qarabağı azad edəcəyik” devizi yadımızdan çıxmasın...

*** 

ABŞ-a, Avropaya xoş görünmək məqsədi ilə özümüz-özümüzü və xalqı aldatmayaq: transmilli sələmçi, super dələduz güclərin yönəltdiyi qloballaşma prosesi əksər xalqlar kimi Azərbaycanın da milli-mənəvi, dini dəyərlərinin birbaşa məhvinə yönəlib...

*** 

Yüksək vəzifəlilərin iş başında olarkən korrupsiya ilə məşğul olub var-dövlətlərinin, mülklərinin niyə bu qədər artmasına imkan verilir ki, onlar vəzifədən gedəndən sonra da hörmətli deputat Fəzail Ağamalı əziyyət çəkib onların mülklərinin müsadirə olunmasını tələb etsin?..

*** 

Yalnız Abellərin adını tabellərimizdən silməklə işimizdə intizama, inkişafa nail ola bilməyəcəyik –rüşvəti, korrupsiyanı gündəlikdən silmək gərəkdir...

***

Cinçıxarma üsulu ilə bəzi məmurların canındakı rüşvət, korrupsiya, özbaşınalıq cinlərini də çıxarmaq olarmı, görəsən – yazıqdırlar bir də əziyyət çəkib zindanda yatmasınlar...

*** 

Şəhid ailələrinə çatacaq vəsaitləri, o cümlədən qanpullarını idarə qapılarında çək-çevir, minnət-sünnət, əziyyətlə yox, aparıb öz qapılarında baş əyərək əllərindən öpüb vermək gərəkdir... 

***

Son vaxtlar bankların və bank olmayan kredit təşkilarının iflasa uğraması haqda xəbərlər yayılır: insanlara kütləvi şəkildə kredit, yəni Allahın yasaq etdiyi sələm verən təşkilatlar nəinki özlərini, bütün dünyanı, o cümlədən Azərbaycanı da iflasa, uçuruma sürükləyir - çoxları bunu yalnız o dünyada anlayacaq...

 

Mənbə: Karabakhmedia.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR