Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ürək damarlarını açar: Bu müalicənin tayı bərabəri yoxdur

Ürək damarlarını açar: Bu müalicənin tayı bərabəri yoxdur
Sakura

Ürək damarlarını açar: Bu müalicənin tayı bərabəri yoxdur

Cəfəri, sarımsaq, limon müalicəsi və faydaları ilə ürək sağlamlığınız yenidən bərpa oluna bilər. Ürək xəstəliklərini müalicə edə bilən cəfəri, sarımsaq, limon müalicəsini evdə olan vasitələrlə asan bir şəkildə hazırlamaq mümkündür. 
 
Alternativ tibb üsulları, günümüzün ən ucuz və faydalı müalicə üsuludur desək şişirtmiş olmarıq. Evdə sadə vasitələrlə hazırlana bilən müalicələr, qarışıqlar alternativ tibb üsulunun davamlı aktuallaşan üzüdür. 
 
Cəfəri, sarımsaq, limon müalicəsi necə hazırlanır?
 
Lazımlı məhsullar:
 
-  10 - 12 ədəd cəfəri
-  1 diş sarımsaq
-  2 yemək qaşığı limon suyu
-  Yarım su stəkanı su
 
Hazırlanması:
 
- Cəfərilərin hamısını təmiz su ilə yuyun. Cəfərilərin təzə olmasına diqqət yetirilməlidir.
- Yuduğunuz cəfəriləri saplarıyla birlikdə  şirəçəkənin içinə atın.
- Limonun sununu da əlavə edin.
- Saralmamış sarımsaqları bıçağın köməyi ilə doğrayıb və şirəçəkənə atın.
- Qarışığa son olaraq suyu əlavə edin.
- Şirəçəkəni bir müddət işlədin. Qarışığı stəkana tökün və bir müddət saxladıqdan sonra istehlak edin.
 
Cəfəri, sarımsaq, limon müalicəsinin istifadəsi olduqca sadədir. Müalicəni ilk 3 gün yuxarıdakı qeyd olunanlara uyğun bir şəkildə istifadə etməli, sonrasında isə 3 gün boyunca içində sarımsaq olmadan istifadə etməlisiniz. Sonrakı 3 gün isə qarışığı yenə sarımsaqla hazırlayıb, cəmdə 9 gün boyunca istifadə etməlisiniz. 9 günlük qarışığı bitirdikdən sonra cəfəri, sarımsaq, limon müalicəsinin təsirlərini müşahidə edə bilərsiniz. İki səfərlik istifadə kafi olacaq.
 
Bəs, bu müalicənin faydaları nədir?
Cəfəri, sarımsaq, limon müalicəsinin xüsusilə ürək problemlərinə böyük təsiri var. Ürək problemləriniz varsa, həkiminizin təklif etdiyi müalicə üsuluna alternativ və zərərsiz bir usuldan da yararlana bilərsiniz. Hazırlayacağınız müalicəni cəmi 18 gün nizamlı şəkildə istifadə edərək nə qədər təsir etdiyini müşahidə edə bilərsiniz.
 
Bu müalicənin xeyirləri bunlardır:
 
- Ürək damarlarını açar.
- Ürəyi qidalandıran damar və yolların tıxanmasına əngəl olar.
-Ürək damarlarının yağ bağlamamasını təmin edər.
-Qan dövranını sürətləndirilməsi və gücləndirilməsində təsirlidir.
Müalicənin zərəri varmı?
 
Cəfəri, sarımsaq, limon müalicəsinin faydalarından bu qədər danışmışkən, ağıllarda bu qarışığın hər hansı bir zərəri olub, olmadığı ortaya çıxır. Müalicənin istifadəsi təzyiqi aşağı sala biləcəyi üçün aşağı təzyiq ( hipotansiyon) problemi olan kəslərə təklif olunmur. Şəfalı müalicənin bundan başqa hər hansı bir zərəri yoxdur, istədiyiniz kimi istifadə edə bilərsiniz.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR